Allahın İSİMLƏRİ


ƏRHAMÜR-RAHİMİN
(Mərhəmət edənlərin ən mərhəmətlisi )

Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi. Sən rəhmlilərin rəhmlisisən!” (Ənbiya surəsi, 83) ...

Davamı...

DƏRR
(Zərər verən şeylər yaradan)

Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər. (Yasin surəsi, 23) ...

Davamı...

DAFİQ
( Bəlaları dəf edən, uzaqlaşdıran)

Nəhayət, onlar Allah’ın izni ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət verdi və ona istədiyini öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf...

Davamı...

DAİ (Çağıran, dəvət edən)

Ey iman gətirənlər! Peyğəmbər sizi sizləri dirildəcək bir şeyə dəvət etdiyi zaman Allah’ın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər və siz axırda Onun hüzuruna cəm ediləcə...

Davamı...

CABBAR
(Dilədiyini zorla etdirməyə qadir olan)

O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, (müşriklərin) şirk qoşduqlarından çox ucadır. (Həşr surəsi, 23) ...

Davamı...

CAMİ
(İstədiyini, istədiyi zaman, istədiyi yerdə toplayan)

Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə bütün insanları toplayan Sənsən. Allah Öz vədəsindən əsla dönməz! (Ali-İmran surəsi, 9) ...

Davamı...

BƏRR
( Qullarına qarşı yaxşılığı çox olan)

Biz bundan əvvəl Ona ibadət edirdik. Şübhəsiz ki, O, kərəm sahibidir, rəhm edəndir! (Tur surəsi, 28) ...

Davamı...

BƏDİ
( Nümunəsiz olaraq yaradan)

Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol !” –deyər, o da olar. (Bəqərə surəsi, 117) ...

Davamı...

BATİN ( Gizli)

Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi biləndir! (Hədid surəsi, 3) ...

Davamı...

BASİT
(Açan, genişlədən, bollaşdıran)

Allah yolunda yaxşı borc verən kimdir ki, onun mükafatını qat-qat artırsın?! Allah daraldar, genişlədər. Siz Onun hüzuruna qaytarılacaqsınız. (Bəqərə surəsi, 245) ...

Davamı...

BASİR ( Yaxşı görən)

Məgər onlar başları üstündə qanad çalaraq uçan quşları görmürlərmi? Onları ancaq Rəhman saxlayır. Həqiqətən, O, hər şeyi görəndir! (Mülk surəsi, 19)...

Davamı...

BARİ (Yaradan, qüsursuz şəkildə var edən)

O, yaradan, yoxdan var edən, surət verən Allah’dır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr surəsi, 24) ...

Davamı...