Allahın İSİMLƏRİ

ƏRHAMÜR-RAHİMİN
(Mərhəmət edənlərin ən mərhəmətlisi )


ƏRHAMÜR-RAHİMİN  <br> (Mərhəmət edənlərin ən mərhəmətlisi )

Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi. Sən rəhmlilərin rəhmlisisən!” (Ənbiya surəsi, 83)

Yer üzündəki bütün canlılar kimi insan da ehtiyacları olan varlıqdır. Həyatının davam etməsi üçün çoxlu şərt vardır. Nəfəs almaq üçün oksigenə, bədəninin fəaliyyətlərini davam etdirmək üçün su və qidaya ehtiyacı olur. Əslində, bu nümunələri saymaqla bitirmək olmaz. Çünki insanın fiziki olaraq varlığının davam etməsi üçün saysız detala ehtiyacı var.

Ancaq yer üzündəki bütün insanlar ehtiyacları olan şeyləri əldə etmək üçün çox böyük səy göstərmədən həyatlarını rahat şəkildə davam etdirirlər. Hər birinin həm bədənlərində, həm də xarici dünyada ehtiyacları olan hər şey onlar üçün əvvəldən təyin olunmuş və onlara təqdim edilmişdir. Burada ilk aığla gələn nümunə yenə insanın nəfəs almasıdır. İnsanlar həyatlarını davam etdirmək üçün oksigen qəbul etməlidirlər. Bəs bu oksigenin atmosferdə lazım olan nisbətlərdə olmasını təmin edən kimdir? İnsanın bədəninə bu oksigeni qəbul etdirən və lazım olan hər hüceyrəyə bir-bir çatmasını təmin edən sistemi quran kimdir?

Əlbəttə, bunların heç biri insanın müvəffəqiyyəti deyil. Atmosferin və ya öz tənəffüs sisteminin meydana gəlməsində insanın heç bir rolu yoxdur.

İnsanın bu ən həyati ehtiyacından tutmuş bütün detallar özü üçün hazırlanmış və lazım olduğu şəkildə var edilmişdir. Şübhəsiz, burada qarşımıza hər cür detalı insan üçün hazırlayan üstün ağılın varlığı və o ağılın sahibinin insana göstərdiyi sonsuz mərhəməti çıxır. Bu gücün sahibi isə mərhəmətlilərin ən mərhəmətlisi olan Allah’dır.

Allah’ın mərhəməti, əlbəttə ki, insanların fiziki ehtiyaclarının qarşılanması ilə məhdud deyil. O, insanları yaratmış, yaşamaları üçün ən əlverişli olan məkana yerləşdirmiş və bunun qarşılığında da yalnız Özünə qulluq etmələrini istəmişdir. İnsanlara Özünü necə razı edəcəklərini də bildirmiş, bunu öyrətmək üçün onlara dərgahından kitablar endirmiş, bütün ayələrini açıqlayan peyğəmbərlər göndərmişdir. Beləliklə, Allah insanlara həm Öz Şəxsini tanıtmış, həm də onları dinə və gözəl əxlaqa dəvət etmişdir. Şübhəsiz, bunların hamısı Rəbbimizin sonsuz mərhəmətinin açıq dəlillərindəndir.

 Dedi: “Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhmlisidir. (Yusif surəsi, 92)

 Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik, bir o qədər də əlavə etdik. (Ənbiya surəsi, 83-84)

 Rəbbiniz sizi çox yaxşı tanıyır. İstəsə, sizə rəhm edər, istəsə, sizə əzab verər. Biz səni onlara vəkil göndərməmişik. (İsra surəsi, 54)