Allahın İSİMLƏRİ

HƏMİD (Ancaq Özünə şükür edilən, bütün varlığın dili ilə tək təriflənən)


HƏMİD  (Ancaq Özünə şükür edilən, bütün varlığın dili ilə tək təriflənən)

 (İnsanlar) ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini yayan Odur. O, Vəlidir, Həmiddir. (Şura surəsi, 28)

Kainatdakı bütün bitkilər və heyvanlar Allah’ın onları yer üzündə yerləşdirdiyi şəkildə yaşayırlar. Beləliklə, Allah’ı təsbih edib Onu ucaldırlar. Dənizin dibində yaşayan balıq da, səhrada yetişən kaktus da tam təslimiyyətlə həyatını davam etdirir. Allah’ın özləri üçün təqdir etdiyi şəkildə yaşamaları, Onun qurduğu nizamı əsla pozmamaları bütün canlıların Allah’ı təsbih etdiklərini göstərir. Səmadakı və yer üzündəki hər şey; dənizlər, dağlar və səmada uçuşan buludlar, ard-arda çaxan şimşək və göy gurultusu da Allah’ı təsbih edir. Onun sonsuz elmini və gücünü insanlara göstərir. Lakin iman etməyənlər onların bu təsbihlərini qavraya bilmirlər. Allah “İsra” surəsinin 44-cü ayəsində bu gerçəyi insanlara bildirir:

 Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, bağışlayandır. (İsra surəsi, 44)

İman edənlər də Allah’ın ucalığını və böyüklüyünü qavrayaraq Rəbbimizi zikr edir, lütf etdiyi nemətlər üçün Allah’a şükür edirlər. Çünki verilən hər cür nemət qarşılığında özlərindən istənilən yalnız şükür edən, həmd edən bir qul olmalarıdır. Ayələrdə belə buyurulur:

 Göylərdə və yerdə nə varsa, Allah’a məxsusdur. Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allah’dan qorxmanızı buyurduq. Əgər inkar etsəniz, (bilin ki,) göylərdə və yerdə nə varsa, Allah’a məxsusdur. Allah Zəngindir, tərifəlayiqdir. (Nisa surəsi, 131)

 Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allah’a heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, həqiqətən də Zəngindir, tərifə layiqdir”. (İbrahim surəsi, 8)

 Elm verilmiş insanlar Rəbbindən sənə nazil edilənin haqq olduğunu, onun qüdrətli, tərifəlayiq Allah’ın yolunu göstərdiyini görürlər. (Səba surəsi, 6)

 O kəsləri ki, özləri xəsislik edir, insanlara da xəsislik etməyi əmr edirlər. Kim üz çevirsə, (bilsin ki,) Allah, həqiqətən də zəngindir, tərifəlayiqdir. (Hədid surəsi, 24)

 Onlarda sizin üçün – Allah’a və axirət gününə ümid bəsləyənlər üçün gözəl nümunə vardır. Kim üz döndərsə (bilsin ki,) Allah zəngindir, tərifəlayiqdir. (Mumtəhinə surəsi, 6)

 Həqiqətən, Loğmana: “Allah’a şükür et!” (-deyə) hikmət verdik. Kim şükür etsə, özü üçün şükür edər. Kim nankor olsa, (bilsin ki) allah onun şükürünə möhtac deyildir, şükürə layiqdir! (Loğman surəsi, 12)