Allahın İSİMLƏRİ

QƏNİYY
Çox zəngin, hər şeydən müstəğni (münəzzəh) olan (heç kimə ehtiyacı olmayan)


QƏNİYY <br>  Çox zəngin, hər şeydən müstəğni (münəzzəh) olan (heç kimə ehtiyacı olmayan)

 

 Ey insanlar! Siz Allah’a möhtacsınız. Allah isə möhtac deyildir. O, şükürə layiqdir! (Fatir surəsi, 15)

Tarix boyunca yaşayan azğın və özündənrazı şəxslərin ortaq xüsusiyyətlərindən biri də güc və mal-mülk sahibi olmalarıdır. Bu şəxslər Allah’ın verdiyi nemət və imkanlarla Allah’a qarşı böyüklənmiş və Ondan üz çevirmişlər. Sahib olduqları hər şeyin gerçək sahibinin Allah olduğunu unutmuş, Onun özlərinə lütf edib bağışladığı mal-mülkü sahiblənməyə çalışmışlar. Sadəcə inkar etməklə qalmamış, iman edənlərə də təzyiq və zülm etmiş, Allah’ın elçilərinə də düşmənliklə baş qaldırmışlar. Sonda Allah dözülməz bir əzabla onları cəzalandırmış, özlərini də, mallarını da məhv etmiş və hər şeydən müstəğni olduğunu (heç kimə ehtiyacı olmadığını) göstərmişdir. Allah bu qövmlərin vəziyyətlərini bir ayədə belə xəbər verir:

 Çünki peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirir, onlar isə: “Məgər bizi doğru yola bir insanmı salacaqdır?!” – deyərək inkar edir və üz döndərirlər. Allah’ın ehtiyacı yoxdur. Allah heç bir şeyə möhtac deyildir. O, şükürə layiqdir! (Təğabun surəsi, 6)

Bu inkarçı və təkəbbürlü insanların unutduqları, ya da qavraya bilmədikləri həqiqət göylərin, yerin və bu ikisi arasında olan hər şeyin xəzinələrinin gerçək sahibinin Allah olduğudur. Allah bu həqiqəti Quranda belə bildirmişdir:

 Göylərdə və yerdə nə varsa, Allah’a məxsusdur. Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allah’dan qorxmanızı tövsiyə etdik. Əgər Allah’ı inkar etsəniz belə, göylərdə və yerdə nə varsa, Allah’ındır. Allah ehtiyacsızdır, şükür olunmağa layiqdir. (Nisa surəsi, 131)

Ayələrdə xəbər verilən bu şəxslər mal sahibi olduqları üçün böyüklənmiş, Allah’a ibadət etməkdən və özlərinə haqqı gətirən elçilərdən üz çevirmişlər. Quranda inkarçıların bu davranışlarına qarşılıq hz. Musanın sözləri nümunə verilərək belə buyurulur:

 Musa dedi: “Əgər siz və bütün yer üzündə olanlar nankorluq etsəniz, (bununla Allah’a heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah möhtac deyildir. Tərifə layiqdir!” (İbrahim surəsi, 8)

Qurandakı bir çox ayədə xəbər verildiyi kimi, Allah güc və zənginliyin gerçək sahibidir. O, heç kimə və heç nəyə möhtac deyildir, ancaq hər şey Ona möhtacdır. Bu gerçək bir ayədə belə bildirilir:

 Məgər onlar yer üzündə dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Halbuki, onlar bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allah’ı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O, biləndir, qadirdir! (Fatir surəsi, 44)

 Çünki peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirir, onlar isə: “Məgər bizi doğru yola bir insanmı salacaqdır?!” – deyərək inkar edir və üz döndərirlər. Allah’ın ehtiyacı yoxdur. Allah heç bir şeyə möhtac deyildir. O, şükürə layiqdir! (Təğabun surəsi, 6)

 Cihad edən ancaq özü üçün cihad edər. Allah aləmlərə əsla möhtac deyildir. (Ənkəbut surəsi, 6)