Allahın İSİMLƏRİ

ASİM ( Qoruyan)


ASİM ( Qoruyan)

(Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allah’ın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruya bilməz!”… (Hud surəsi, 43)

İnsan aciz olduğu üçün hər an hər cür çətinliklə qarşılaşa bilər. Məsələn, dünya hər an təbii fəlakətlərin meydana gəldiyi yerdir. Zəlzələlər, sellər, qasırğalar, vulkan püskürmələri tez-tez rast gəlinən hadisələrdir. Eyni şəkildə, insanı mənən çətinliyə salan bir çox hadisə də var. Bu hadisələr qarşısında unutmamalı olduğumuz bir gerçək var: insan nə qədər acizliyindən xilas olmağa çalışırsa çalışsın, Allah’ın diləməsi xaricində başına gələcək hər hansı hadisədən qoruna bilməz. İnsan üçün tək qoruyucu Rəhman olan Allah’dır. Quranda bu vəziyyət belə bildirilmişdir:

De: “Gizlində dua edib: “Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq”, - deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?” De: “Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allah’dır. Sonra siz yenə də şərik qoşursunuz?” (Ənam surəsi, 63-64)

İnsanlar tək qaldıqda əllərindəki maddi imkanların, yaxınlarının onlara heç nə ilə kömək edə bilməyəcəyini anladıqları anlarda, ya da sağlamlıqlarını itirdikləri zaman Allah’ı zikr edir, Ondan kömək diləyirlər. Ancaq O, özlərini qurtardıqda yenə nankorluq edib başlarına gələnləri unudurlar. Dünyada Allah’dan başqa qoruyucu tapa bilməyəcəyini anlamayan, Onun hər cür köməyinə baxmayaraq, nankorluqda dirənən bu şəxslər axirətdə sonsuz əzabla qarşılaşaraq gerçəyi görəcəklər.

Bu şəxslərin vəziyyəti ayədə belə xəbər verilir:

… (Allah’a ibadət etməyi) özlərinə sığışdırmayanları və təkəbbür göstərənləri isə acı bir əzaba düçar edəcəkdir! Onlar özlərinə Allah’dan savayı nə bir dost, nə də havadar tapacaqlar! (Nisa surəsi, 173)

Əgər üz çevirsəniz, (bilin ki,) mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir camaat gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir. (Hud surəsi, 57)

De: “O, ər-Rəhmandır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik. Kimin tam azğınlıq içində olduğunu biləcəksiniz”. (Mülk surəsi, 29)

Allah təqva sahiblərini (inanıb və ya inanclarına uyğun davranıb) zəfərə yetişmələri səbəbilə xilas edir. Onlara pislik toxunmaz və onlar hüznə qapılmazlar.

Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. Allah hər şeyin Xaliqidir. O, hər şeyi qoruyandır. Göylərin və yerin açarları Ondadır. Məhz Allah’ın ayələrini inkar edənlər ziyana uğrayanlardır. (Zumər surəsi, 61-63)