Allahın İSİMLƏRİ

FASİL (Ayıran, açıqlayan)


FASİL  (Ayıran, açıqlayan)

 Həqiqətən, Allah iman gətirənlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət günü hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir! (Həcc surəsi, 17)

İnsanlardan bəzisi həyatlarını dünyəvi məqsədlər əldə etmək üçün keçirir və axirəti unudaraq dünya həyatı üçün çalışırlar. Gerçək məsuliyyətini unudaraq dünya mənfəətlərinin arxasına düşürlər. Allah’a ortaq qoşduqları bu bütləri razı etmək, onların məmnuniyyətini qazanmaq üçün səy göstərir və bu şəkildə, çox qazanclı iş gördüklərini düşünürlər.

İnsanlardan bəziləri də bütün həyatlarını özlərini yaradan Allah’ı razı etmək üçün keçirirlər. Dünya həyatındakı imkanları və nemətləri bu şüurla qiymətləndirirlər. Hədəfləri doğru yola yönəlmək, Allah’ın razı olacağı saleh əməllər işləmək, Onun tövsiyə etdiyi üstün əxlaqa sahib olmaqdır.

Əlbəttə, bu iki insanın vəziyyəti eyni deyil. Allah bu insanların vəziyyəti ilə əlaqədar Quranda belə bir nümunə verir:

Kor ilə görən eyni olmaz. Zülmətlə nur da (eyni deyildir)! Kölgə ilə isti (eyni olmaz). Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə eşitdirər. Sən isə qəbirlərdə olanlara eşitdirən deyilsən! (Fatir surəsi, 19-22)

Bir-birindən fərqli vəziyyətdə olan, tam fərqli yollara yönələn bu insanların arasını Allah qiyamət günü ayıracaq, hər birinə etdiklərini bildirəcək. O gün hər kəsə etdiklərinin qarşılığı tamamilə ödənəcək. O gün Allah’ın sonsuz ədaləti təcəlli edəcək...

 

 Həqiqətən, sənin Rəbbin onların arasında qiyamət günü ixtilafda olduqları məsələlər barədə hökm verəcəkdir! (Səcdə surəsi, 25)

 Sonra hər bir firqədən Rəhmana ən çox asi olanı dartıb çıxardacağıq. Sonra cəhənnəmə girib yanmağa ən çox layiq olanları, sözsüz ki, Biz daha yaxşı bilirik. Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin buyurduğu vacib bir hökmdür. Sonra Biz Allah’dan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq! (Məryəm surəsi, 69-72)

Nə qohumlarınız, nə də övladlarınız sizə bir fayda verə bilər. Qiyamət günü Allah sizi bir-birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görür. (Mumtəhinə surəsi, 3)

 De: “Rəbbimiz hamımızı bir araya cəmləşdirib sonra da aramızda ədalətlə hökm verəcəkdir. O, ən ədalətli Hakimdir, biləndir”. (Səba surəsi, 26)