Kenquru

Yeni doğulmuş bir kenquru balası ilk vaxtlarda bir paxla dənəsindən daha böyük deyil və ayaqları yeni inkişaf etməyə başlamışdır. Həmçinin kenquru balaları ilk doğulduqlarında kordurlar. Çünki məməli balalarının hamısının ana bətnində keçirdikləri bir dövrdə dünyaya gələn balalar tam olaraq inkişaf etməmişdir. Bu səbəblə də bala kenqurular üçün analarının bədənində hazırlanmış olan tüklü kisə çox əhəmiyyətli bir qorunma yeridir. Bu kisə bala böyüdükcə genişlənəcəkdir. Kisənin girişində balanın kisədən çölə tullanmasının qarşısını alan xüsusi əzələlər vardır; bu əzələlər, ana kenquru suya girdiyi vaxt da içəriyə suyun dolmasının qarşısını alır. (Creation, vol.20, n.3, İyun-Avqust 1998, səh. 29)

Kenquruların südü də balaların tam ehtiyacı olan xüsusiyyətlərdədir. Balanın böyüməsiylə birlikdə südün içindəki maddələr də dəyişir. Südün tərkibindəki yağ və digər birləşmələr də balanın böyüməsinə paralel olaraq vaxt keçdikcə dəyişir.

İlk bala bu qidalandırıcı südü əmməyə davam edərkən dərhal sonra doğan ikinci balaya, asan həzm olunan süd verilməyə başlanır. Üçüncü bala dünyaya gəldiyində isə, fərqli xüsusiyyətdə hazırlanan südlərin sayı üçə çıxar. Hər bala özü üçün hazırlanan südü asanlıqla tapar, heç qarışıqlıq olmaz. Bu qidalanma sisteminin xüsusi bir yaradılışın əsəri olduğu çox aydındır. Ana kenqurunun bu işi şüurlu surətdə tənzimləmə imkanı yoxdur.

Bir heyvan, necə ola bilər ki, fərqli böyüklüklərdəki balaların ehtiyacı olan südlərin tərkibini bilər? Bilsə belə, bunu necə öz bədənində hazırlaya bilər? Bu üç ayrı südü, üç ayrı kanaldan necə verə bilər?

Şübhəsiz ki, kenquru bunların heç birini özü etmir; onun, bədənindən çıxan südün üç ayrı növü olduğundan xəbəri belə yoxdur. Bu, fövqəladə əməliyyat, kenqurunun yaradılışındakı ehtişamdan qaynaqlanır:

...Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatir surəsi, 11)