Axırzaman və MEHDİ (əs)

Hədislərdə hz. Mehdi (ə.s) dövründəki sülh və əmin-amanlıq mühiti


Hədislərdə hz. Mehdi (ə.s) dövründəki sülh və əmin-amanlıq mühiti

Hz. Mehdi (ə.s) sevgi insanıdır:


Hz. Mehdi (ə.s) hər dindən, hər düşüncədən, hər fikirdən olan insanı sevgiylə bir yerə gətirəcək, qardaşlıq və dostluq duyğularını gücləndirərək insanların bir-birlərinin gözəl tərəflərini görmələrini, bir-birlərinə anlayışla baxmalarını təmin edəcək. Hz. Mehdi (ə.s) ortaya çıxanda yer üzünə sevgi hakim olacaq, insanlar kin, hirs, nifrət duyğularını tamamilə geridə qoyacaqlar. Belə ki, hədislərdə, hz. Mehdi (ə.s)-ın vəsilə olduğu gözəllik və sevgi mühitindən dənizdəki balıqlardan göydəki quşlara qədər hər kəsin razı olacağı, bütün insanların ürəklərinə Mehdi sevgisi yerləşəcəyi izah edilir. İnsanların hz. Mehdi (ə.s)-a qarşı hiss etdikləri qəlbən, səmimi sevgi bir-birlərinə qarşı da sevgiylə, şəfqətlə, mərhəmətlə yaxınlaşmalarına vəsilə olacaq. Hz. Mehdi (ə.s) sevgidən və sülhdən bəhs edəcək, eyni zamanda bunu ən güclü şəkildə ruhunda yaşayacaq və ətrafına da yaşadacaq.

 

Hz. Mehdi (ə.s) tək bir damla qan axıtmayacaq, yatan adamı oyandırmayacaq:


Hz. Mehdi (ə.s) döyüşdən qaçan, sülh insanıdır. Hz. Mehdi döyüşlə deyil, sevgiylə, Allahı zikr edərək Quran əxlaqını dünyaya hakim edəcək. Hz. Mehdinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri olan sülh və sevgiylə din əxlaqını hakim etməsi, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində belə xəbər verilir:

İnsanlar, bal arılarının bəyləri ətrafında toplanması kimi, hz. Mehdi (ə.s)-ın ətrafında toplanarlar. Daha əvvəl zülmlə dolu olan dünyanı, ədalətlə doldurar. Ədaləti elə olar ki, YUXUDA OLAN BİR KİMSƏ BELƏ OYANDIRILMAZ VƏ BİR DAMLA QAN BELƏ AXIDILMAZ. Dünya, sanki Əsri-Səadət dövrünə geri qayıdar. 1

Hz. Mehdi (ə.s), Peyğəmbərin yolun ilə gedəcək, YATAN ADAMI OYANDIRMAYACAQ, QAN DA AXIDILMAYACAQ. 2

ZAMANINDA NƏ BİR KİMSƏ YUXUSUNDAN OYANDIRILACAQ, NƏ DƏ BİR KİMSƏNİN BURNU QANAYACAQ. 3

Ona (hz. Mehdi (ə.s)-a) beyət edənlər, (Kəbə ətrafındakı) rükn və mövqe arasında beyət edərlər. YATANI OYANDIRMAZ, ƏSLA QAN TÖKMƏZLƏR. 4

Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaq. Heç kəs arasında bir düşmənçilik qalmayacaq və bütün düşmənliklər, boğuşmalar, həsədləşmələr şübhəsiz itib gedəcək. (Sahih-i Müslim, 1/136)

... Cənabı-Haqq İslamı necə bizimlə başladıbsa onunla (hz. Mehdi (ə.s) ilə) sona çatdıracaq. Necə ki, bizimlə onlar aralarındakı şirk və ədavətdən (hüsumət və düşmənlikdən) xilas olmuş və ürəklərinə ülfət (dostluq) və məhəbbət (sevgi) yerləşibsə, (hz. Mehdi (ə.s) gəlişi ilə) yenə elə olacaq. (Ahir Zaman Mehdisi´nin Alametleri, Celalettin Suyuti, səh. 20)

"... Onun (hz. Mehdi (ə.s)) dövründə yaxşı insanların yaxşılığı artar, pislərə qarşı belə yaxşılıq edilər." (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 17)

Bu baxımdan Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)-ın fitnələrə, döyüş və qarşıdurmalara son verərkən, bütün bunları fikri bir mübarizə ilə edərək reallaşdıracağını da xəbər vermişdir. Hz. Mehdi (ə.s) dövründə bütün silahların susacağı, döyüşlərin sona çatacağı, hz. Mehdi (ə.s)-ın zühuru və hz. İsanın gəlişindən sonra yer üzünə ədalət, sülh və sevgi hakim olacağı hədislərdə belə xəbər verilmişdir:

Döyüş (sahibləri) də ağırlıqlarını (silah və əşyalarını) atacaqlar.5

Hərb (sahibləri) ağırlıqlarını (yəni silah və digərlərini) atar.6

Düşmənçilik və kini də ortadan qaldıracaq... Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaq. Din birliyi də olacaq, artıq Allahdan başqasına ibadət edilməyəcək. Döyüş də ağırlıqlarını buraxacaq. 7

Heç kəs arasında bir düşmənçilik qalmayacaq və bütün düşmənçiliklər, boğuşmalar, həsədləşmələr şübhəsiz itib gedəcək. 8

Hədislərdə "döyüş ağırlıqlarını" atacaq ifadəsiylə də diqqət çəkilən, bu dövrdə hər cür şiddət, zorakılıq, döyüş, qarışıqlıq sona çatacaq. Bu səbəbdən mehdiyyət insan sevgisinə, hörmətə əsaslanan, müşfiq, yaxşı niyyətli və ağıllı bir sistemdir. Hz. Mehdi (ə.s) bütün yer üzündə ədaləti təmin edəcək ancaq "tək bir damla qan belə axıdılmayacaq". Onun hakim olduğu dövr, həqiqi sevgi və sülhün yaşandığı, rahatlıq və xoşbəxtlik dövrü olacaq.

 

1 El Kavlu´l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 29 ve 48
2 Kıyamet Alametleri, səh. 163
3 El Kavlu´l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 44
4 El-Heytemî, El-Kavlu´l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 24
5 Sünen-i Ibn-i Mace, 10/334
6 İmam Şa’rani, Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, 496
7 Sünen-i Ibn-i Mace, 10/334
8 İmam Şa’rani, Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, 496