Axırzaman və MEHDİ (əs)

Mehdinin birinci vəzifəsi hz. Musa və hz. İsa kimi, insanlara darvinizmin etibarsızlığını göstərib, yaradılışı isbat etmək olacaq


Mehdinin birinci vəzifəsi hz. Musa və hz. İsa kimi, insanlara darvinizmin etibarsızlığını göstərib, yaradılışı isbat etmək olacaq

Hz. Mehdi bütün yer üzünə din əxlaqının hakim olmasına vəsilə olacaq adamdır. Hz. Mehdinin elmi mübarizəsinin ilk mərhələsi materialist, ateist, darvinist düşüncələri təməldən yıxmaq və Yaradılışı isbat etmək olacaq. Çünki hz. Mehdinin ortaya çıxacağı Axırzamanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri inkarçı, ateist, materialist düşüncə və axınların çox məşhur olması, bu səbəblə, insanların böyük əksəriyyətinin din əxlaqından uzaq olmalarıdır. Bədiüzzaman Səid Nursi də, Axırzamanın ən əhəmiyyətli təhlükələrindən birinin ateist fəlsəfələr olacağını bildirmiş, xüsusilə darvinist və materialist fəlsəfələrin ateizmə zəmin hazırlayacaqlarına diqqət çəkmişdir:

 

Tabiyyun, maddiyun fəlsəfəsindən (darvinist, materialist və ateist fəlsəfənin) təvəllüd edən bir cərəyanı-nəmrudanə, (doğan inkarçı bir axın) getdikcə Axırzamanda fəlsəfəi-maddidir (materialist fəlsəfə) vasitəsiylə intişar edərək (yayılaraq) qüvvət tapıb, üluhiyyət (Allahın varlığını) inkar edəcək bir dərəcəyə gəlir. (Allahı tənzih edirik) (Emirdağ Lahikası, səh. 259)

Bu səbəblə, Bədiüzaman, hz. Mehdinin birinci vəzifəsinin, materializm fikriylə, yəni Allahı inkar etmək məqsədilə qurulmuş darvinist, materialist və ateist fəlsəfələrlə mübarizə etmək və bu fəlsəfələrin insanlar üzərindəki təsirini tam mənasıyla qaldırmaq olacağını ifadə etmişdir:

 

Və onun (hz. Mehdinin) üç böyük vəzifəsi olacaq: Birincisi: Fənn və fəlsəfənin tasallutiylə (təsiriylə) və maddiyun və tayabiiyyun taunu (darvinizm, materializm və ateizm epidemiyasının), bəşər içinə intişar etməsiylə (insanlar arasında yayılmasıyla), hər şeydən əvvəl fəlsəfəni VƏ MADDƏNİN FİKRİNİ (materialist fəlsəfəni) TAM SUSDURACAQ BİR TƏRZDƏ İMANI QURTARMAQDIR. Əhli-imanı dəlalətdən mühafizə etmək (iman edənləri azğınlıqdan qorumaq)... (Emirdağ Lahikası, səh. 259)

Hz. Mehdinin ilk olaraq darvinizmin etibarsızlığını isbat və yaradılışı izah etməsi, keçmişdə yaşamış peyğəmbərlərin də izlədiyi əhəmiyyətli bir təbliğ üsuludur. Hz. Musa da ilk olaraq təkamül inancının səhv olduğunu isbat etmiş, Allahın yaratmasına dair dəlilləri ortaya qoymuşdur. Bilindiyi kimi, təkamül hekayəsi çox köhnə dövrlərə, şumerlərə söykənən batil bir dindir. Köhnə Misirdə də təkamül yanılması məşhur bir inancdır. Firon və tərəfdarları, dövrümüzdəki darvinizmin primitiv bir versiyasına inanır və bu azğın inancı müdafiə edirdilər. Misir dinlər tarixi araşdırıldıqda bu vəziyyət açıqca görünür.

 

Qədim misirlilərin batil inanclarına görə, "ilan, qurbağa, soxulcan və siçanlar, su basqınlarıyla daşan Nil çayının palçıqlarından əmələ gəlmişlər. "Yəni, darvinizmin ən təməl iddialarından biri olan "canlıların təsadüflər nəticəsində palçıqlardan" meydana gəldiyi səhv düşüncəsi, Qədim Misirdə də məşhur olan bir inancdır. Bu səbəbdən, hz. Musa təbliğ etməyə başlayanda ilk olaraq misirlilərin bu batil inanclarını ortadan qaldırmağa yönəlmiş və təkamülçü düşüncəni yox etmişdir. Hz. Musa Firona təbliğ etməyə gedəndə, eynilə dövrümüzdəki darvinistlərin suallarına və məntiq incəliklərinə bənzər şəkildə, Firon ona: "İlk dövrlərdəki nəsillərin vəziyyəti nədir?" deyə soruşmuşdur. (Taha surəsi, 51) Hz. Musa isə Allahın ilhamı, "Bunun məlumatı Rəbbimin qatında bir kitabdadır. Mənim Rəbbim çaşmaz və unutmaz" (Taha surəsi, 52) şəklində cavab vermiş və isbatlar və dəlilləriylə Firona yaradılışı izah etmişdir.

 

Quranda hz. Musa əlindəki əsanı yerə atanda, Allahın diləməsiylə bu əsanın canlı bir ilana çevrildiyi bildirilir. Hz. Musa əsasını yerə atdığında, cansız bir ağac budağı, canlı bir ilana çevrilmiş; əlinə aldığında isə ilan təkrar cansız bir ağaca çevrilmişdir. Sonra təkrar yerə atdığında əsa yenə cana. Yəni cansız bir maddə, canlanır, sonra ölür, sonra yenə canlanırlar. Beləcə, Allahın bu möcüzəsi insanlara, davamlı yaradılışı göstərir. Ayələrdə belə buyurulur:

Musa onu yerə atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı.  Allah buyurdu: “Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq (Ənbiya surəsi, 20-21)

Sağ əlindəkini yerə at, onların qurduqlarını udsun. Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə-getsin, uğur qazanmaz”. " (Ənbiya surəsi, 69)

"Əsanı yerə at!” Musa onun ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı və geriyə də dönmədi. Allah dedi: “Ey Musa! Qorxma! Elçilər Mənim hüzurumda qorxmazlar. (Nəml surəsi, 10)

Hz. Musa əlindəki əsasını yerə atdığı anda, Allahın lütfü ilə, cansız bir odun parçası, sürətlə hərəkət edən bir ilana çevrilmiş və Fironun yanındakıların ortaya atdıqları saxta ilanları dərhal udmuşdur. Beləcə, insanlar bu ilanın, həqiqi bir ilan olduğunu açıq şəkildə görmüşlər. Çünki udması bu ilanın canlı olduğunu, yəni mədəsi olduğunu, bəsləndiyini bu səbəbdən də yaşadığını göstərən bir canlılıq əlamətidir. Ardınca da ilanın qaçdığını görmüşlər ki, bu da yenə ilanın hərəkətli və canlı olduğunu göstərən bir başqa əlamət meydana gətirmişdir. Beləcə insanlar orada yaradılışı anlamış və hətta Fironun köməkçiləri də Allahın üstün yaradılışını görərək dərhal səcdəyə getmiş və Allaha iman etmişlər.

 

Hz. Musanın istifadə etdiyi bu təbliğ üsuluyla Allah insanlara canlılığın necə yoxdan var edildiyinin bir nümunəsini göstərmişdir. Cansız bir maddə, yalnız Allahın diləməsiylə, yəni "Ol" əmri ilə can tapmışdır. Allahın özünə lütf etdiyi bu möcüzə apardığı təbliğ nəticəsində hz. Musa qədim misirlilərin batil təkamül inanclarını bir hücumda yerlə bir etmiş, hz. Musanın qarşısında olan insanlar belə, bu təbliğ metodunun vəsiləsiylə dərhal o an həqiqəti qavrayıb batil inanclarını buraxmışlar.

 

Hz. Musanın bu təbliğ üsulunun bir oxşarı da hz. İsa tərəfindən reallaşdırılmışdır. Hz. İsa da təbliğində, bütpərəst düşüncəyə, çoxallahlı inanclara və təhrif olmuş yəhudiliyə qarşı mübarizə aparmış, insanlara doğrunu və haqqı izah etmiş, amma o da əsl olaraq ilk əvvəl yaradılışı isbat etmişdir. Quranda hz. İsanın "palçıqdan quş şəklində bir şey düzəltdiyi, sonra bunun içinə üflədiyində, Allahın diləməsiylə, bu quşun həyat tapıb canlandığı" xəbər verilmişdir:

 

Allah belə buyuracaq: "Ey Məryəm oğlu İsa, sənə və anana olan nemətimi yadına sal. Mən səni Ruhul-Qüds ilə dəstəklədim, beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər (BİR ŞEYİ) meydana gətirirdin, (YENƏ) iznimlə ona üfürürdün, QUŞ olurdu...

 

Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. … (Maidə surəsi, 110)

Bu quş, heç bir səbəbə bağlı olmadan, Allahın istəyi və möcüzəsi ilə can tapmışdır. Cansız bir maddədən can sahibi olan quş Uca Allahın nümunəsiz, səbəbsiz, üstün yaratmasının nümunələrindən biridir. Hz. İsa da ilk əvvəl insanlara yaradılışı isbat etmiş, insanların Allahın hər şeyi yoxdan var etdiyini anlamalarını təmin etmişdir. Hz. İsa Allahın lütf etdiyi bu möcüzəylə, təkamülçü düşüncənin məntiqsizliyini və etibarsızlığını gözlər önünə sərmişdir.

 

Hz. Musanın və hz. İsanın təbliğdə istifadə etdikləri bu üsullar,"təbliğə yaradılışı isbat etməklə başlamağın" əhəmiyyətini açıq şəkildə ortaya qoymuşdu. Məhz hz. Mehdi də vəzifəsinə başlayanda Allahın yol göstərməsiylə eyni təbliğ üsulundan istifadə edəcəkdir. Hz. Mehdi də ortaya çıxanda əvvəl insanlara darvinizmin etibarsızlığını göstərəcək, yaradılışı isbat edəcək və Bədiüzaman Səid Nursinin xəbər verdiyi kimi, darvinizmi və materializmi "TAM SUSDURACAQ BİR TƏRZDƏ", yəni yerlə yeksan edəcək şəkildə elmi bir mübarizə icra edəcək. Darvinizmi və materializmi bütün dünyada, tam mənasıyla təsirsiz hala gətirmək hz. Mehdinin birinci vəzifəsi olacaq. Materializm, ateizm və darvinizmin çöküşüylə birlikdə, insanların imanlarının xilas olmasına da hz. Mehdi vəsilə olacaq.a