Axırzaman və MEHDİ (əs)

Hz. Mehdi (ə.s) əvvəl adının məşhur olmağından çəkinəcək


Hz. Mehdi (ə.s) əvvəl adının məşhur olmağından çəkinəcək

 

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində verilən məlumatlara görə, hz. Mehdi (ə.s) zühur etməmişdən əvvəlki dövrdə adının məşhur olmayacağı aydın olur. Hz. Mehdi (ə.s)-ın adının məşhur olmamağının yeganə səbəbi ləqəbdən istifadə etməyidir. Buna görə hz. Mehdi (ə.s) da fəaliyyətlərinə başladığı ilk dövrlərdə öz adını gizləyəcək, öz adının yerinə başqa bir addan istifadə edəcək.

Müfəzzəl ibn Ömər deyir: “İmam Əbu Abdullah Cəfəri Sadiq əleyhissalamın hüzurunda idim və mənimlə birlikdə başqaları da var idi. İmam əleyhissalam bizə belə buyurdu: “Əsla hz. Mehdi (ə.s)-ın adını məşhur etməyin...” (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 174)

Eyni hədisi şeyximiz Məhəmməd ibn Yaqub-u Quleyni (r.ə) də nəql edir: “Allah sizin hidayətinizi artırsın, görürsünüz, hz. Mehdi (ə.s)-ın adının məşhur edilməməsi haqqındakı hədislərdə imam da buyurur ki, “Onun (hz. Mehdi (ə.s)-ın) adını məşhur etməyin...”.(Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 175)