Axırzaman və MEHDİ (əs)

Hz. Mehdi (ə.s) cəmiyyətdə şirkin çoxaldığı bir dövrdə zühur edəcək


Hz. Mehdi (ə.s) cəmiyyətdə şirkin çoxaldığı bir dövrdə zühur edəcək

İman edənlərin Əfəndisi (s.ə.v) deyir ki:

"... Bundan əmin olun ki, HZ. MEHDİ (Ə.S.)-MIMIZI QARŞILAYACAQ OLAN, SİZİN ŞİRK (CAHİLİYYƏ) NİZAMINIZIN TƏSİRİ OLACAQ. Çünki o gün -İLAHİ RƏHMƏT GÖSTƏRİLƏNLƏRDƏN BAŞQA - BÜTÜN ÜMMƏT ŞİRK QOŞANLARDAN OLACAQ..."  (Kitab-ül Gaybet, [Bihar-ul Envar, 51-ci cild], Ansariyan Yayıncılık, derleyen: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 182.)    

Hz. Mehdi (ə.s) cəmiyyətdə çox sıx şirk yaşandığı bir dövrdə zühur edəcək. Onun gələcəyi dövrdə xeyli çox insanda maddiyyata, qazanca, mənfəətə həddindən artıq meyl görüləcək. İnsanlar ana-atalarını, uşaqlarını, qohumlarını, etdikləri ticarəti, əldə edəcəkləri qazancı, dünyəvi zövqlərini birinci plana alaraq Allah (c.c.)-ın razılığını güdməkdən uzaqlaşacaqlar və bu hal özlərini, Allahın razılığını qazanmağa, Qurana tabe olmağa, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə uymağa dəvət edən hz. Mehdi (ə.s)-dan uzaq durmalarına səbəb olacaq.

Hz. Mehdi (ə.s)-ın dövründə cəmiyyətdə yaranan bu şirk mühitini Allah (c.c.) Tövbə surəsi, 24-cü ayədə belə bildirir:

De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz! (Tövbə surəsi, 24)