Axırzaman və MEHDİ (əs)

Axırzamanda insanlar arasındakı sevgisizlik həm qiyamət əlaməti, həm də Mehdi (ə.s)-ın çıxış əlamətidir


Axırzamanda insanlar arasındakı sevgisizlik həm qiyamət əlaməti, həm də Mehdi (ə.s)-ın çıxış əlamətidir

“Hər kəs ümumi olaraq deyil yalnız (tanışı, bildiyi) kimsəyə salam vermədikcə qiyamət qopmayacaq.”  (Ölüm -Qiyamət- Axirət və Axır Zaman Əlamətləri, İmam Şarani, Tezkiretil Kurtubi Bədir Nəşriyyat, İstanbul 1981, s. 461, no. 845)

 

Amir bint-i Nüfeyl, İmam Hüseyn əleyhissalamın belə buyurduğunu eşitdiyini bildirdi: "Sizlərdən bir-birinizdən uzaq olduğunuzu demədikcə, bir-birinizin üzünə tüpürmədikcə, bir-birinizi təkfir etmədikcə (inkarçılıqla günahlandırmadıqca) və bir-birinizə lənət etmədikcə gözlədiyiniz (hz. Mehdi (ə.s)-ın zühuru) reallaşmayacaq. Ərz etdim ki: Elə isə o dövrdə heç bir xeyir yoxdur. Buyurdu ki: "Xeyirin hamısı o dövrdədir. Qaimimiz (Hz. Mehdi (ə.s)) qiyam edəcək və bunların hamısını ortadan qaldıracaq."  (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani, s. 241)

Nüfeylin qızı Umeyr, Hz. Həsənin qızının belə dediyini eşitdiyini bildirdi: "Gözlədiyiniz bu iş bəzilərinizin bəzilərinə uzaq olduğunuzu, uzaq olduğunuzu bildirərək lənətləşmədikcə əsla (HZ. MEHDİ (ə.s)-ın ÇIXIŞI) reallaşmayacaq.” (Bihar -ul Envar, c. 52, s. 211)