Axırzaman və MEHDİ (əs)

Hz. Mehdi (ə.s)-ın xüsusiyyətləri peyğəmbərlərə endirilən kitablarda bildirilmişdir


Hz. Mehdi (ə.s)-ın xüsusiyyətləri peyğəmbərlərə endirilən kitablarda bildirilmişdir

 


Naim, Kaabdan belə rəvayət etdi: “Mən hz. Mehdi (ə.s)-ı PEYĞƏMBƏRLƏRİN SUHUFUNDA (səhifələrində, kitablarında) belə görürəm. Hz. Mehdi (ə.s)-ın əməlində nə zülm nə də ayıb vardır.” (Celaleddin Suyuti´nin Tasnifinden Hadisler, Ahir Zaman Hz. Mehdisi´nin Alametleri s. 59, Kahraman Neşriyat)

 

PEYĞƏMBƏRLƏRƏ AİD OLAN KİTABLARDA "hz. Mehdi (ə.s)-ın işi zülm və pislik deyil" deyə işarə edilmişdir.” (Gözlənilən Hz. Mehdinin Əlamətləri, Əl -Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 47)

 

Mən, hz. Mehdi (ə.s)-ı, PEYĞƏMBƏRLƏRİN SƏHİFƏLƏRİNDƏ (KİTABLARINDA) belə görürəm: “Hz. Mehdi (ə.s)-ın əməlində nə zülm nə də ayıb vardır.” (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti´nin Tasnifinden Hadisler Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 21)

 

Rəvayətlərdə, hz. Mehdi (ə.s)-ın xüsusiyyətlərinin və çıxış əlamətlərinin, peyğəmbərlərə endirilən kitablarda olduğu bildirilir. Bu da İncil, Tövrat, Zəbur və daha əvvəl gələn səhifə və kitablarda hz. Mehdi (ə.s)-a aid məlumatların olduğunu göstərir.

 

Ayədə buna aid belə buyrulur:

Biz, Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar.. (Ənbiya surəsi, 105)

İslam alimləri bu ayəni belə təfsir etmişlər:

İmam Baqir və Sadiqdən belə rəvayət edilir: "BURADAKI (AYƏDƏ BİLDİRİLƏN) ‘SALEH QULLAR’, HZ. MEHDİ VƏ YOLDAŞLARIDIR (tələbələridir)." (Hüseyn əs - Şirazi, səh. 113)

Buna nümunə olaraq keçmiş və yeni Əhiddə bildirilən şərhlərin bəziləri belədir:

 

Yessenin gövdəsindən bir filiz çıxacaq və onun köklərindən bir fidan doğulacaq. Rəbbin ruhu, hikmət və ağıl ruhu, öyüd-nəsihət və ürəklilik ruhu, bilik və Rəbb qorxusu ruhu onun üzərində cəmləşəcək. O, Rəbb qorxusundan zövq alacaq, o, gözlərinin gördüyünə görə mühakimə etməyəcək, qulaqlarının eşitdiyinə görə qərar verməyəcək. Zəifləri ədalətlə mühakimə edəcək, yer üzündəki kasıblara haqlarını verəcək. Bir dəyənəklə vuran tək yer üzünə də sözüylə vuracaq və dodaqlarının nəfəsi pisliyi məhv edəcək. Ədalət onun belinin qurşağı, həqiqət ombalarının qurşağı olacaq. Qurd quzuyla birlikdə yaşayacaq, pələng oğlaqla birlikdə yatacaq, buzov, şir və bəslənən mal-qara bir yerdə yaşayacaq və onları kiçik bir uşaq otaracaq. İnək ayı ilə birlikdə otlayacaq, balaları bir yerdə yaşayacaqlar və şir mal (inək) kimi saman yeyəcək. Südəmər uşaq, kobra ilanının yuvasının yanında oynayacaq və süddən yeni kəsilmiş uşaq, ilanın dəliyinə əlini uzadacaq. Mənim müqəddəs dağım üzərində artıq pislik edilməyəcək, artıq heç bir zərər verilməyəcək, çünki dənizin dibi necə onu örtən sularla doludursa, yer üzü də Rəbb haqqında məlumatlarla dolu olacaq. (Yeşaya 11, 1-9)

Davudun nəslindən biri sədaqətlə krallıq edəcək. Mühakimə edərkən ədaləti axtaracaq, doğru olanı etməklə tez davranacaq. (Yeşaya 16, 5)

Müharibə səs-küyləri, döyüş xəbərləri eşidəndə qorxmayın. Bunlar olmalıdır, amma bu daha son demək deyil. Xalq-xalqla, dövlət-dövlətlə müharibə edəcək, bəzən zəlzələlər, qıtlıqlar olacaq. Bunlar, doğum sancılarının başlanğıcıdır. (Mark 13, 5-8)