Axırzaman və MEHDİ (əs)

İmam Rəbbani və Mehdi (ə.s)-ın çıxış tarixi


İmam Rəbbani və Mehdi (ə.s)-ın çıxış tarixi


“Bu ümmətin ömrü min (1000) ili keçəcək, lakin min beş yüz (1500) ili keçməyəcək.” (Kıyamet Alametleri, s. 299)

 

Buna görə, İslam əxlaqının hakimiyyəti hicri 1500-cü illərə kimi davam edəcək. Bir sözlə,1500-1600-cü illər arasında da, degenerasiyalar baş verəcək və sonra da qiyamət gözləniləcəkdir. (Doğrusunu Allah bilir).

 

Bəddiüzzaman Səid Nursi həzrətləri də eyni şəkildə, ümmətin qalibanə ömrünün 1506-cı ilə qədər olacağını bildirir:

"... Birinci cümlə, min beş yüz (1500)-cü il, Axırzamanda bir tayfa-i mücahidin (din uğrunda cihad edənlərin) son dövrlərinə, ikinci cümlə isə, min beş yüz altı (1506)-cı il, qalibanə (qalib olan) bir mübarizə tarixinə.... işarə edir. (…) bu tarixə qədər (1506-cı ilə kimi) zahir və aşkaranə (açıq-aşkar), bəlkə qalibanə (zəfər çalaraq) davam edəcəyinə rəmzə yaxın (işarə edərək) eyham (ifadə) edir." (Sikke-i Tasdik-i Gaybi, s. 46)

Bədiüzzaman da İmam Suyuti kimi, İslam əxlaqının hakimiyyətinin hicri 1500-cü illərinə qədər davam edəcəyinə, sonra da pozulmağa başlayacağına işarə edir.

İmam Rəbbani isə bu mövzunu açıqladığı digər bir sözündə də, hz. Mehdi (ə.s)-ın ortaya çıxışının əsrin əvvəlində olacağını ifadə etmişdir:

“Çünki onun (hz. Mehdi (ə.s)-ın) zühuru, əsrin əvvəllərində olacaq.” (Mektubat-ı Rabbani, 3/158-159))

Məhəmməd ümmətinin ömrü 1500 (min beş yüz) ili keçməsə, hicri 1500-cü ilə çatmağa bir əsrin əvvəli qədər (müddət) qalmışdır. O da, hicri 1400-cü ilin əvvəlləridir. Bir sözlə, hz. Mehdi (ə.s)-ın çıxış tarixi, hicri 1400 ilin əvvələrində olacaq.

Peyğəmbərimiz (s.ə.v)-in hədisində bildirildiyinə görə, İslam əxlaqının hakim olacağı bir əsr keçəndən sonra, təxminən bir əsrdə zülm və imansızlıq hakim olacaq, və bunun ardından da qiyamət gözlənilir (Ən doğrusunu Allah bilir):

Rəsulullah (s.ə.v) buyurdu: “Qiyamət, yer üzündə Allaha ibadət edilməyən yüz il (əsr) keçmədikcə qopmaz. (Kitab -ül Burhan Fi Əlamət-el Hz. Mehdiiyy -il Axır Zaman, 92)

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində və İslam alimlərinin sözlərinə əsasən xəbər verilən bu məlumatlara görə, İslam ümmətin ömrü hicri 1500 ildən artıq olmamalıdır. Buna görə hz. Mehdi (ə.s)-ın hicri 1400–cü illərin əvvəllərində gəlməyi gözlənilir.