Adamlıq DİNİ

Boş danışmamaq


Boş danışmamaq

 

Boş da­nı­şıq Al­la­hın xa­tır­lan­ma­dı­ğı, Al­lah ri­za­sı­nın nə­zə­rə alın­ma­dı­ğı, in­sa­nın axi­rə­ti üçün heç bir fay­da­sı ol­ma­yan da­nı­şıq­lar­dır. Ca­hil in­san vax­tı­nın bö­yük bir his­sə­si­ni heç bir fay­da­sı ol­ma­yan və ru­ha da əziy­yət ver­ən boş da­nı­şıq­la­ra sərf edir. Bir ye­rə top­lan­dıq­da boş da­nı­şıq­lar­la in­san­la­rın vax­tı­nı al­maq şey­ta­nın ən bö­yük hiy­lə­lə­rin­dən bi­ri­dir. Bu yol­la şey­tan in­san­la­rı Al­la­hı xa­tır­la­maq­dan uzaq­laş­dır­maq, on­la­rın Al­la­hın var­lı­ğı­nın də­lil­lə­ri olan say­sız-he­sab­sız ayə və mö­cü­zə­lə­ri gör­mə­lə­ri­nə, ya­ra­dı­lış­la­rı­nın məq­sə­di­ni dü­şün­mə­lə­ri­nə ma­ne ol­maq və axi­rət üçün is­ti­fa­də edə­cək­lə­ri qiy­mət­li vaxt­la­rı­nı boş ye­rə sərf et­dir­mək is­tə­yir.

Şey­tan in­san­la­rın so­si­al tə­bə­qə­lə­ri­nə, mə­də­niy­yət və zə­ka sə­viy­yə­lə­ri­nə əsaslanaraq, on­la­rın nəfs və hə­vəs­lə­ri­nə ən çox uy­ğun olan möv­zu­la­rı təl­qin edir və da­im boş da­nı­şıq­la­ra sövq edir. Mə­sə­lən, ol­duq­ca aşa­ğı mə­də­ni sə­viy­yə­yə ma­lik olan in­san­lar ara­sın­da da­ha çox on­la­rın öz söz­lə­ri ilə de­sək, «ya­rış sev­gi­si», «ca­van­lıq sev­gi­si», «uşaq, ye­mək ve ev sev­gi­si» ad­lan­dı­rı­lan möv­zu­la­rı önə çə­kir. İş dün­ya­sı­nı əha­tə edən hər növ ti­ca­ri və iq­ti­sa­di, bir­ja, sə­ləm, fa­iz ki­mi digər möv­zu­lar in­san­la­rın bü­tün gün­də­lik hə­yat­la­rın­da on­la­rın vax­tı­nı alan məsələlərdir. Özü­nü zi­ya­lı, in­tel­lek­tu­al, mə­də­ni gös­tər­mək is­tə­yən bir qrup in­san da öz ara­la­rın­da müx­tə­lif si­ya­si, so­si­al möv­zu­lar­da, bu gü­nə qə­dər heç bir konk­ret fay­da­sı ol­ma­yan mü­za­ki­rə və da­nı­şıq­lar­da vaxt­la­rı­nı boş ye­rə sərf edir, bu­nun­la da çox mü­hüm mə­sə­lə­lə­ri həll et­dik­lə­ri­ni zənn edir­lər. Çox vaxt te­le­vi­zi­ya­da­kı də­yir­mi ma­sa­lar­da heç bir nə­ti­cə əl­də edə bil­mə­yə­cək­lə­ri­ni və bun­la­rın mə­na­sız ol­du­ğu­nu bil­dik­lə­ri hal­da, sa­at­lar­la yal­nız öz­lə­ri­ni nü­ma­yiş et­dir­mək, öz­lə­ri­ni cə­miy­yə­tə və ət­ra­fın­da­kı­la­ra dü­şü­nən, prob­lem­lə­ri həll edən in­san­lar ki­mi gös­tər­mək məq­sə­di­lə mü­za­ki­rə­lər apa­rır­lar. Yük­səl­mə­yə, irə­li keç­mə­yə ça­lı­şa­raq müx­tə­lif məq­səd­lə­ri­nə çat­ma­ğa can atır­lar. Din möv­zu­su ilə bağlı müzakirələri zamanı bə­zi­lə­ri hə­min boş və məq­səd­siz da­nı­şıq mü­hi­ti­ni di­nə qar­şı təz­yiq et­mək, kin və nif­rət­lə­ri­ni bil­dir­mək üçün für­sət sa­yır­lar. Al­lah Öz ayə­lə­rin­də bu dav­ra­nış­lar­dan be­lə bəhs edir:

«İn­san­lar içə­ri­sin­də elə­si də var­dır ki, na­dan­lı­ğı üzün­dən Al­lah yo­lun­dan dön­dər­mək və bu min­val­la onu məs­xə­rə­yə qoy­maq üçün mə­na­sız söz­lə­ri sa­tın alar. Məhz be­lə­lə­ri­ni al­çal­dı­cı bir əzab göz­lə­yir.» («Loğ­man» su­rə­si, 6)


Boş da­nı­şıq in­kar­çı­la­rı fərq­lən­di­rən xü­su­siy­yət ol­du­ğu ki­mi, boş da­nı­şıq­la­ra mə­həl qoy­ma­maq, bun­dan na­ra­hat ol­ma­maq da mö­min­lə­rə xas olan xü­su­siy­yət­dir:

«O kəs­lər ki, ya­lan ye­rə şa­hid­lik et­məz, fay­da­sız bir şey­lə rast­laş­dıq­la­rı za­man on­lar­dan üz çe­vi­rib vü­qar­la ke­çər.» («Fur­qan» su­rə­si, 72)

«On­lar boş bir söz eşit­dik­lə­ri za­man on­dan üz çe­vi­rib: «Bi­zim əməl­lə­ri­miz bi­zə, si­zin əməl­lə­ri­niz də si­zə aid­dir. Si­zə sa­lam ol­sun! Biz ca­hil­lə­ri is­tə­mi­rik!» - de­yir­lər.» («Qə­səs» su­rə­si, 55)


Şey­tan hər bir az­ğın möv­zu­da ol­du­ğu ki­mi, Quran­dan kə­nar ca­hil vər­diş­lə­ri də məq­bul ör­tük­lər al­tın­da mö­min­lə­rin hə­ya­tı­na da­xil et­mə­yə ça­lı­şa­caq, mö­min­lə­rin boş ol­duq­la­rı vax­tın gəl­mə­si­ni göz­lə­yə­cək. Bu­na gö­rə də mö­min hər za­man ayıq-sa­yıq ol­ma­lı, be­lə və­ziy­yət­lə qar­şı­laş­dı­ğı za­man al­dan­ma­malı dər­hal Al­la­hın xa­tır­lan­dı­ğı şə­rai­ti tə­min et­mə­li­dir. Mö­min in­kar­çı­la­rın cə­ha­lət, ağıl­sız­lıq, boş da­nı­şıq ki­mi ki­çik və bə­sit ol­ma­ğın gös­tə­ri­ci­si olan vər­diş­lə­ri­ni və əx­laq xü­su­siy­yət­lə­ri­ni heç bir za­man özü­nə ya­raş­dır­ma­ma­lı­dır.

Cən­nət­də mö­mi­nin ru­hu­nu sı­xıb na­ra­hat edən hər bir əziy­yət ki­mi boş da­nı­şı­ğın da ol­ma­ma­sı çox bö­yük bir ne­mət­dir:

«Rəh­ma­nın Öz bən­də­lə­ri­nə vəd et­di­yi və on­la­rın gör­mə­di­yi Ədn cən­nət­lə­ri­nə. Onun və­di müt­ləq ye­ri­nə ye­tə­cək­dir. On­lar ora­da boş (lağ­la­ğı) söh­bət­lər de­yil, an­caq: «Sa­lam!» eşi­dər­lər. Ru­zi­lə­ri də sə­hər-ax­şam ora­da­dır.» («Mər­yəm» su­rə­si, 61-62)