Axırzaman və MEHDİ (əs)

Hz. Mehdi (ə.s) dövründə bütün kitab əhli hz. İsa (ə.s)-a iman edəcək


Hz. Mehdi (ə.s) dövründə bütün kitab əhli hz. İsa (ə.s)-a iman edəcək

 Əli ibn İbrahim, Şəhr ibn Həvşəbdən belə rəvayət edir: "...HZ. İSA (Ə.S) QİYAMƏTDƏN ƏVVƏL DÜNYAYA ENƏCƏK. BELƏCƏ, YƏHUDİ VƏ NƏSRANİLƏRDƏN, ÖLMƏDƏN ƏVVƏL (YƏNİ HZ. İSA (Ə.S) ÖLMƏDƏN ƏVVƏL VƏ YA YƏHUDİ VƏ XRİSTİANLARDAN HƏR HANSI BİRİ ÖLMƏDƏN ƏVVƏL) ONA İNANMAYAN KƏS QALMAYACAQ. HZ. İSA Ə.S HZ. MEHDİ (Ə.S)-IN ARXASINDA NAMAZ QILACAQ. Həccac: "Nə danışırsan sən?! Bunu haradan bilirsən ki?!" deyə soruşduqda; "Bu hədisdir." dedim, "Mən bu hədisi Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn ƏbuTalibdən eşitdim!" Sonra: "Vallah tam qaynağından eşitmisən!" dedi.   (Kummu Tefsiri, 1-ci cild, səh. 158)     

 Peyğəmbərimiz (s.ə.v) Quranın: "And olsun, Kitab əhlindən, ölmədən əvvəl ona inanmayacaq kimsə yoxdur. Qiyamət günü, o da onların əleyhinə şahid olacaq." (Nisa surəsi, 159) ayəsini hədisdə ifadə edildiyi şəkildə açıqlamışdır.