İman HƏQİQƏTLƏRİ

Su Hörümçəklərinin (Argyroneta Aquatica) Suya Başvurma Üsulu


Su Hörümçəklərinin (Argyroneta Aquatica) Suya Başvurma Üsulu

Asiya və Avropanın mülayim iqlimli bölgələrində yaşayan su hörümçəkləri həyatlarının böyük hissəsini su altında keçirirlər. Çünki bu hörümçəklər yuvalarını suyun içində qururlar.

Yuvanın qurarkən hörümçək əvvəlcə su bitkilərinin saplaqlarının və ya yarpaqlarının arasında iplərlə platforma hörür. Bu iplər hörümçəyə həm evinin yolunu göstərən işarə, həm platformanı möhkəmləndirən bağ, həm də ovun yaxınlaşdığını bildirən radar vəzifəsini yerinə yetirir.

Platforma hörüldükdən sonra hörümçək platformanın altına ayaqları və bədənilə hava qabarcıqları daşıyır. Beləliklə, tor yuxarıya doğru şişir və hava əlavə edildikcə zınqırov formasını alır. Bu zınqırov hörümçəyin su altında olduğu müddətdə sığınacağı olan yuvasıdır (yandakı səhifə, solda aşağıdakı şəkil)

Hörümçək gündüzlər yuvasının içində gözləyir. Yaxınlığından hər hansı kiçik bir heyvan, xüsusilə bir həşərat və ya tırtıl keçdikdə çölə çıxaraq onu tutur və yemək üçün yuvasına aparır. Suyun səthinə düşən bir həşərat onu titrədir. Bu titrəmələrdən xəbər tutan hörümçək yuxarı çıxır və həşəratı tutub suyun altına aparır. Hörümçək suyun səthindən sanki bir tor kimi istifadə edir. Suya düşən hərşəratın tora ilişən digər ovlardan fərqi yoxdur.

Qış yaxınlaşdıqda isə hörümçək donmamaq üçün qoruyucu tədbirlər görməlidir. Bunun üçün qışın yaxınlaşmasıyla su hörümçəyi göldə daha da aşağı enir. Bu dəfə qış üçün zınqırov hörərək içini hava ilə doldurur. Bəzi hörümçəklər isə suyun dibində su ilbizi qabığına yerləşir. Zınqırovun içində heç tərpənmir və bütün qış boyu demək olar ki, heç enerji sərf etmirlər. Bunun səbəbi artıq enerji itirməmək və oksigen ehtiyacını aradan qaldırmaqdır. Bu tədbir sayəsində yuvaya daşınan hava qabarcığındakı oksigen hörümçəyə qışı keçirəcəyi 4-5 ay ərzində kifayət edir.

Göründüyü kimi, su hörümçəyinin əmələ gətirdiyi qabarcıq və yem ovlama forması bir hörümçəyin suda yaşaması üçün ən ideal şəkildə qurulmuşdur. Təsadüflərlə quruda yaşayan bir canlının suda yaşamaq üçün tədbir görməsi, şübhəsiz, mümkün deyil. Bu canlı əgər suda yaşamaq üçün xüsusiyyətlərə malik deyilsə, suya girən kimi öləcək, təsadüf və ya başqa bir şeyi gözləmək üçün vaxtı da olmayacaq. Ona görə quruda yaşayan canlı olmasına və bu xüsusiyyətləri daşımasına baxmayaraq asanlıqla suda yaşayan canlı xüsusiyyətinə ortaya çıxdığı ilk andan etibarən malikdir. Yəni canlı bütün bu xüsusiyyətləri ilə birlikdə Allah tərəfindən bir andaca yaradılmışdır. Allah su hörümçəklərində olduğu kimi tayı-bərabəri olmayan nümunələr yaradaraq sonsuz elmini və hikmətini bizlərə tanıdır.