Adamlıq DİNİ

Günahsız Olduqlarını Sübut Etmək Üçün Bir Çox Yalan Danışanlar


Günahsız Olduqlarını Sübut Etmək Üçün Bir Çox Yalan Danışanlar

Şeytanın təsiri ilə hərəkət edən bu insanların özlərini məsum göstərmək üçün istifadə etdikləri üsullardan biri də yalan danışmalarıdır. Ancaq yalan danışmaq deyəndə çox açıq və aydın olan bir mövzunun tam əksini deyərək gizlədilməsi nəzərdə tutulmamalıdır. Şeytan pisliyin səssiz dilini öyrətdiyi insanlara yalanı da sübutu çox çətin olacaq bir şəkildə, hiyləgərcə deməyin yollarını göstərir. Əgər sübut edilə bilmirsə ortada həqiqətən yalan olmadığına inanmalarına səbəb olur və bu yolla yalanın adı qoyulmamış, gizli şəkildə insanlar arasında yayılmasını istəyir. 

Dolayısilə bəhs etdiyimiz insanlar əslində olduqca çox yalan danışdıqları halda, özlərinin rəftar pozuntularını məqbul görürlər. Şeytanın bu üslubu ilə dedikləri yalanlara isə fərqli adlar qoyaraq ört-basdır etməyə çalışırlar. Məsələn, “ağzımdan elə çıxdı”, “səhv ifadə etdim”, “səhv xatırlamışam”, “o hissəsini deməyi yaddan çıxartmışam”, “başqa bir mövzu ilə qarışdırmışam” kimi sözlərlə dilə gətirdikləri yalanları xoşniyyətli və zərərsiz bir hərəkət kimi göstərməyə çalışır, özlərini də bu yalanlara inandırırlar. Dediklərinin “yalan” olduğu dinləyənlər tərəfindən başa düşülsə də, onların bunları dilə gətirməkdəki məqsədlərinin yalan demək olmadığını iddia edirlər. Bunları deyərkən qəlblərindəki “niyyət”in əsas olduğunu və özlərinin də bu niyyətlərindən əmin olduqlarını iddia edirlər. Halbuki, bu da bir başqa yalandır və Allah’ı şahid göstərdikləri halda, Allah yalan danışdıqlarını bilir. 

Şeytan açıq-aşkar yalan danışmağa təşviq edə bilmədiyi insanları belə hiyləgər üsullarla yoldan çıxarır. Bəzən bir mövzunu olduğundan fərqli, əskik və ya şişirdilmiş şəkildə danışdırır, bəzən də deyilən sözü daha sonra dəyişdirərək sözlərin mənasını dəyişməyə təşviq edir. Quranın “Vay halına iftiraçının və günahkarın!” (Casiyə surəsi, 7) ayəsində bu insanların ”həqiqəti  alt-üst edərək” yalan danışdıqlarını bildirmişdir. 

Halbuki, bu yalanı insanlara deyil, Allah’a qarşı danışdıqlarını dərk etmirlər. Quranda “...Onlar bilə-bilə Allah’a qarşı yalan danışırlar. “ (Ali İmran surəsi, 78) ayəsində bu həqiqət bildirilir. “İtaət etmə hər tez-tez and içənə, alçağa” (Qaləm surəsi, 10) ayəsi ilə belə insanlara etibar edilməməli olduğunu bildirmişdir.