Adamlıq DİNİ

Allah’ın Adından İstifadə edərək Özlərini Günahsız Göstərməyə Çalışanlar


Allah’ın Adından İstifadə edərək Özlərini Günahsız Göstərməyə Çalışanlar

Bəzi insanlar ətrafdakılara özlərini xoşniyyətli və günahsız göstərmək üçün səmimiyyətsiz şəkildə mənəvi dəyərlərdən istifadə edirlər. Quran əxlaqından tamamilə uzaq həyat yaşayan insanlar da hətta lazım gəldikdə Allah`ın adını çəkir; dindar olmağın, Allah`dan qorxmağın, vicdana uymağın əhəmiyyətindən bəhs edirlər. Ancaq Allah`ın adını zikr edərkən Allah`ın böyüklüyünü, etdikləri səmimiyyətsiz davranışlarını bildiyini və bu səbəbdən onları cəzalandıracağını düşünmürlər. 

Quranda Rəbbimizin “...hiyləgər (şeytan) da sizi Allah’ın (əzabından) arxayınlaşdırıb tovlamasın. (Loğman surəsi, 33) ayəsi ilə bildirdiyi bu səmimiyyətsiz davranışın cəmiyyətdə bir çox nümunəsinə rast gəlirik. Bunlar arasında ən çox rast gəldiklərimizdən biri bu tip insanların hər çətin vəziyyətə düşdükdə “Allah`ın adına yalandan and içmələri”dir. Bu yolla günahsız olduqlarına dair heç bir inandırıcı dəlil olmasa və hətta günahkar olduqları açıq-aşkar bilinsə belə qarşı tərəfi asanlıqla inandıracaqlarını zənn edirlər. Çünki Allah’ın adını çəkərək, and içməklə insanların vicdanlarında dərin təsir buraxacaqlarını düşünürlər. Xüsusilə də inanclı insanların arasında bu üsulun daha çox təsirli olacağına inanırlar. 

Bu insanların özlərinə məsum görünüşü vermək üçün istifadə etdikləri tək üsul Allah`ın adından istifadə edərək and içmək deyildir. Özlərini günahsız göstərmək üçün mümkün olan bütün imani mövzulardan bu yolda istifadə etməyə çalışırlar. Məsələn, göstərdikləri davranış pozuqluqlarını məqbul göstərmək üçün uzun-uzadı imani məzmunlu söhbətlər edir, gözəl əxlaqa nə qədər dəyər verdiklərini, pis əməllərdən necə uzaq olduqlarını, bu barədə nə qədər diqqətli davrandıqlarından danışırlar. Səhv bir hərəkətin axirətdəki qarşılığından qorxduqları üçün bu cür davranışlardan daima qaçdıqlarını dilə gətirirlər. Ancaq mənfəətlərinə zərər gətirəcək hər hansı bir vəziyyətlə qarşılaşdıqlarında bu dediklərindən tamamilə fərqli davranmaları nə qədər səmimiyyətsiz olduqlarını meydana çıxarır.