İman edən ALİMLƏR

Qalileo Qaliley (1564-1642)


Qalileo Qaliley (1564-1642)

Qalileo Qaliley teleskopla səmaya baxan ilk insandır. Qaliley həm Dünyanın kürə formasında olduğunu söyləmiş, həm də Aydakı qaranlıq bölgə, kraterlər və təpələri kəşf edən ilk insan olmuşdur. Elmə bəxş etdiyi bu böyük xidmətlərlə tarixdə əhəmiyyətli yeri olan Qaliley duyğu orqanlarının, danışıq qabiliyyətinin və təfəkkürün insanlara Allah tərəfindən verildiyinə və bunların ən yaxşı şəkildə istifadə edilməsinin vacib olduğuna inanırdı. O, təbiətin Yaradan tərəfindən dizayn edildiyini müdafiə edirdi. "Şübhəsiz ki, təbiət, imtina edə bilməyəcəyimiz, oxumalı olduğumuz Allahın digər kitabıdır", - deyən Qaliley Allahın kitabları ilə yaratdıqları arasında heç bir ziddiyyətin olmadığını və hər birinin Allah tərəfindən yaradıldığını söyləyirdi.  (Dan Graves, Scientists of Faith, s. 25)