Yaradılış DƏLİLƏRİ

SALAMANDR SÜRFƏSİ


SALAMANDR SÜRFƏSİ

 

Yaş: 290 milyon illik

Dövr: Perm

Tapıldığı yer: Rheinpfalz, Almaniya

Məlumat:

Təkamülçülər salamandr kimi amfibiyaların atalarının guya balıqlar olduğunu iddia edirlər, amma bu iddialarını heç cür sübut edə bilmirlər. Darvinistlər üç müxtəlif balıq növünü amfibiyaların atası olaraq göstərirlər.

Bunlardan birincisi məşhur yaşayan fosil Selokantdır. Amma 1938-ci ildə Hind Okeanında bu balığın canlısının tutulması təkamülçülərin bu balıq üzərində yürütdükləri mülahizələrin etbarsızlığını aşkar etdi.

Digər balıq qrupu isə Rhipidistia dəstəsinə mənsub balıqlardır. Bu balıqların üzgəclərində Selokantda olduğu kimi qalın toxuma və sümüklər var. Bu fərqli quruluşlarına görə onlarda ayaqların formalaşmağa başladığı iddia edilir. Halbuki, qeyd olunan üzgəclərin quru canlılarının ön və arxa ayaqları ilə heç bir oxşarlığı yoxdur.

Təkamülçülərin “amfibiyaların atalığına” üçüncü namizədləri ağciyərli balıqlardır. Bu balıqlar qəlsəmələriylə nəfəs almaqla yanaşı suyun üzünə çıxıb havayla da tənəffüz edə bilirlər. Amma onlardakı ağciyərlər quru canlılarının ağciyərlərinə bənzəmir. Bu balıqların skelet quruluşları da amfibiyalardan çox fərqlənir.

Təkamülçülər istənilən balıq növünü guya amfibiyaların atası hesab edirlər, halbuki balıq amfibiyaya dönmək üçün çox sayda dəyişiklik keçirməlidir. Daha dəqiq desək, iki növün arasında çoxlu ara keçid forması olmalıdır; yarım üzgəcli-yarım ayaqlı, yarım qəlsəməli-yarım ağciyərli, yarı böyrəkli və s. belə qəribə canlıların vaxtilə yaşamaları, üstəlik saylarının da milyonlara çatması lazımdır. Amma tapılan fosillərdə bu canlılardan birinə belə rast gəlinmir. Saysız-hesabsız fosillərin içində qüsursuz balıqlar da var, qüsursuz amfibiyalar da, amma bu cür ara keçid forması yoxdur. Bu təkamülçülərin özlərinin də qəbul etdiyi və təkamülün olmadığını isbat edən həqiqətdir.