Axırzaman və MEHDİ (əs)

Axırzamanda insanların böyük qismi, hz. Mehdinin camaatından uzaq duracaq


Axırzamanda insanların böyük qismi, hz. Mehdinin camaatından uzaq duracaq

Aşağıdakı hədisdə insanların böyük əksəriyyətinin hz. Mehdidən uzaq duracağına işarə edilir. Bu insanlar hz. Mehdinin və yaxınlarının üstün əxlaqını və Allah yolunda verdikləri böyük mübarizəni təqdir edə bilməyəcəklər. Axırzamanda insanların böyük qisminin din əxlaqından uzaqlaşmamaları və hz. Mehdi camaatının bir çox böhtana, çətinliyə, təzyiqə məruz qalmaları səbəbiylə, mənfəətlərinin zərər görməsi qorxusuyla insanların hz. Mehdi və camaatına yaxınlaşmayacaqları aydın olur.

Buyurdu ki: "Onları yer üzünün kənarlarında axtarın. ONLARIN HƏYATLARI SADƏDİR, EVLƏRİ KÜRƏKLƏRİNDƏDİR, ƏGƏR HAZIR OLSALAR, TANINMAZLAR, ƏGƏR İTSƏLƏR, AXTARILMAZLAR, XƏSTƏ OLSALAR, HEÇ KİM ONLARIN ZİYARƏTİNƏ GƏLMƏZ, ƏGƏR EVLƏNMƏK İSTƏSƏLƏR, KİMSƏ ONLARA GƏLMƏZ. ƏGƏR ÖLSƏLƏR, CƏNAZƏLƏRİNƏ HEÇ KİM QATILMAZ. ONLAR MALLARINI ARALARINDA BƏRABƏR OLARAQ PAYLAŞARLAR VƏ BİR-BİRLƏRİNİ QƏBİRLƏRİNDƏ ZİYARƏT EDƏRLƏR, AYRI ŞƏHƏRLƏRDƏ OLSALAR DA, İSTƏKLƏRİ HƏMİŞƏ EYNİDİR." (Gaybetul Numanı, Səh. 238)