Axırzaman və MEHDİ (əs)

Müsəlmanların parçalanmasını hz. Mehdi aradan qaldıracaq, islam aləmini birləşdirəcək


Müsəlmanların parçalanmasını hz. Mehdi aradan qaldıracaq, islam aləmini birləşdirəcək

Hz. Mehdinin çıxacağı dövrün xüsusiyyətlərindən biri də, islam aləminin bir və bütün olmamasıdır. İslam aləminin parçalanması, müsəlman cəmiyyətlər və qruplar arasında ayrılıqlar, anlaşılmazlıqlar, hətta qarşıdurmalar olması hz. Mehdinin çıxış əlamətlərindən biridir. Hz. Mehdi zühur etdiyində bu dağınıqlığı bütünlüklə ortadan qaldıracaq, müsəlman dünyasının birliyini təmin edəcək. Bütün müsəlmanlar, sevgiylə və coşğuyla hz. Mehdinin ətrafında birləşəcəklər.

Amirə binti Nufeyl deyir ki: İmam Hüseyn əleyhissalamın belə buyurduğunu eşitdim: "SİZLƏR BİR-BİRİNİZDƏN UZAQ OLDUĞUNUZU SÖYLƏMƏDİKCƏ, BİR-BİRİNİZİN ÜZÜNƏ TÜPÜRMƏDİKCƏ, BİR-BİRİNİZİ TƏKFİR ETMƏDİKCƏ VƏ BİR-BİRİNİZƏ LƏNƏTLƏŞMƏDİKCƏ gözlədiyiniz (hz. Mehdinin zühuru) baş verməyəcək. İfadə etdim ki: Elə isə o zamanda heç bir xeyir yoxdur. Buyurdu ki: "Xeyirin hamısı o zamandadır. Qaimimiz (HZ. MEHDİ) QİYAM EDƏCƏK (ZÜHUR EDƏCƏK) VƏ BUNLARIN HAMISINI ORTADAN QALDIRACAQ."  (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 240)