Axırzaman və MEHDİ (əs)

Axır zamanın Əshabi-Suffaları: Hz. Mehdinin (əs) tələbələri


Axır zamanın Əshabi-Suffaları: Hz. Mehdinin (əs) tələbələri

Hz. Mehdi (əs) Allah`ın izni ilə bütün dünyada ateizmi, materializmi məhv edəcək, insanların imanlarının güclənməsinə və onların hidayət tapmalarına vəsilə olacaq. Bu böyük mübarizəsində inkar edənlər onu müxtəlif çətinliklərlə davamlı maneə törətməyə çalışacaqlar. Hz. Mehdi (əs) heç tanınmadan tam qırx il ərzində bütün çətinliklərə qarşı mübarizə aparacaq, bu mübarizəsində yanında özünə çox sadiq, həyatını, malını mülkünü İslam əxlaqının dünyaya hakim olmasına həsr etmiş çox az sayda tələbəsi olacaq.
 
Bu üstün əxlaqlı tələbələr bir çox xüsusiyyətləri ilə Peyğəmbərimizin (səv) dövründəki səhabələr arasında müqəddəs bir qrup olan Əshabi-Suffayaçox bənzəyirlər.Hədislərdə hz. Mehdinin (əs) tələbələrinin Əshabi Suffayabənzəyən əxlaqları, imanları, uca Allah`a və hz. Mehdiyə (əs) olan bağlılıqları və itaətkarlıqlarıtəriflənmişdir.
 
"Əshabi-Suffa" Peyğəmbərizin (səv) zamanında Məscidi-Nəbəvinin  (Peyğəmbərimizin məscidi) şimal hissəsinə sonradan əlavə olunan Suffa adlı hissəsində olan (bura ilk müsəlman məktəbi də adlanır),səhabələrin arasından çıxan bir qrup gəncə verilmiş  addır. Bütün həyatlarını Uca Allah`a həsr etmiş, heç evlənməmiş, ailə və övlad sahibi olmamış, şan-şöhrəthəvəsi olmayan, ailələrindən uzaq, dünya həyatına istəkləri olmayan bu gənclər Peyğəmbərimizin (səv)  yanında olmuş, davamlı onun dərslərini dinləmiş və ondan şəxsən təhsil almışlar.
 
Axır zamanda zühur edəcək olan dəyərli şəxs hz. Mehdinin (əs) tələbələri ilə Rəsulullahın (səv) yanından heç ayrılmayan, sayıları 400-500 qədər olan bu irfan ordusu bir-birlərinə bənzərdirlər. Çünki Peyğəmbərimizin (səv) hədislərindən aydın olur ki, hz. Mehdi (əs) tələbələri də Uca Allah`ın izni ilə Əshabi-Suffa kimi həyatlarının hər anını Allah yoluna həsr edən, hz. Mehdinin (əs)  yanından heç ayrılmayan, təzyiqlərdən, çətinliklərdən də əsla qorxmayan, Quran əxlaqının hakim olması üçün elmi yöndən bütün gücləri ilə çalışan gənclərdən ibarətdir.