İman HƏQİQƏTLƏRİ

Eritrositlərin Formasındakı Hikmət


Eritrositlərin Formasındakı Hikmət

Eritrosit hüceyrələrinin forması yuvarlaq və yastı yastığı xatırladır. Bu yastı forma hüceyrənin səthini artırır və onun oksigenlə təmasını asanlaşdırır. Bu, oksigenin asan daşınması üçün ən ideal formadır. Bu forma pozulanda orqanizmdə olduqca ciddi xəstəliklər əmələ gəlir. “Oraq hüceyrəli anemiya” adlanan xəstəlik növündə eritrositlər “hemoqlobin S” deyilən anormal hemoqlobin tipini əhatə edirlər. Bu hemoqlobin oksigensiz qaldığı dövrlərdə eritrositlərin içində uzun kristallar halında çökür. Bu kristallar da hüceyrəni uzunsovlaşdıraraq onun bir növ oraq forması almasına səbəb olurlar. Eritrosit oraq şəklini aldıqda qanda olan toxumalara oksigen keçməsi çətinləşir. Bu hal isə oksigen azlığına və oraqlaşmanın artmasına səbəb olur. Bir müddət sonra eritrosit kütləsi azalmağa başlayır və xəstəlik bir neçə saat ərzində çox təhlükəli həddə çatır.5

Belə xəstəlik hallarından başqa demək olar ki, bütün insanlarda eritrositlərin forması eynidir. Hər bir insanın orqanizmindəki oksigen bu forma sayəsində asanlıqla lazımi yerlərə daşınır. Hal-hazırda yaşayan, keçmişdə yaşamış və gələcəkdə də yaşayacaq bütün insanların eritrositlərinin formasının yastı və yuvarlaq bir yastıq formasında olması əlbəttə ki, izahı təsadüflərlə mümkün olmayan bir vəziyyətdir. Allah hər şeyin ən qüsursuzunu bilən, hər şeyi ən incə dəqiqliyinə qədər tədbir görüb nizamlayandır. Bütün aləmlərin Rəbbi olan Allahın şəni çox ucadır.