İman HƏQİQƏTLƏRİ

Qanı Əmələ Gətirən Zərrəciklər Kiçik Qırmızı Hüceyrələr: Eritrositlər


Qanı Əmələ Gətirən Zərrəciklər Kiçik Qırmızı Hüceyrələr: Eritrositlər

 

İnsan orqanizmindəki təxminən 25 trilyon kiçik qırmızı qan hüceyrəsi fasiləsiz olaraq yük daşıyır. Eritrosit adlanan bu hüceyrələr qan mayesi içində bütün orqanizmi gəzir və yerinə uyğun olaraq oksigen və ya karbondioksid daşıyırlar. Lakin bu, sadə bir daşıma prosesi deyil. İlk öncə hüceyrənin bir maddəni daşıya bilməsi üçün onun xüsusi quruluşa malik olması lazımdır. Məsələn, oksigen daşıyacaq bir hüceyrə üçün ən ideal forma həmin hüceyrənin yastı olmasıdır. Çünki bu cür forma hüceyrənin səthini artıracaq və onun oksigenlə təmasını asanlaşdıracaq. Belə ki, eritrosit hüceyrəsinin quruluşu yuvarlaq və yastı formada olan yastığı xatırladır. Eritrositlər bunun sayəsində mümkün qədər çoxlu miqdarda oksigen atomu ilə təmasa girə bilən bir quruluşa malikdir.

Normal şəraitdə orqanizmdə saniyədə təxminən 2,5 milyon eritrosit hazırlanır.1 Eritrositlərin sayının nizamlanması və bu nisbətin tarazlı şəkildə saxlanılması orqanizm üçün həyati əhəmiyyət daşıyır. Hər hansı bir səbəbdən, məsələn, bədənin hərarətinin azalması səbəbi ilə eritrositlərin sayında artım müşahidə edilməsi ciddi narahatlıqlara səbəb ola bilər. Bədənin temperaturu hədsiz dərəcədə aşağı düşəndə qan mayesinin azalmasının əksinə olaraq eritrositlərin sayı eyni qalır. Vahid həcmə düşən eritrositlərin sayının artması ilə birlikdə qanın axıcılığı da azalır. Bu da damarlarda tıxanmaya səbəb olur və ürəyin fəaliyyətini çətinləşdirir. Buna görə də eritrosit sayının müəyyən bir tarazlıqda olması insan üçün həyati əhəmiyyət daşıyır.

1.Bilim ve Teknik Dergisi (“Journal of Science and Technology”), February 1998, p. 62