İman HƏQİQƏTLƏRİ

Bədənimizdəki su xəfiyyəsi hipotalamus


Bədənimizdəki su xəfiyyəsi hipotalamus

 
İnsan bədəni üçün bu qədər mühüm olan suyun miqdarında gün ərzində baş verən kiçik dəyişiklikləri belə qəbul edən sistemlər vardır. Bunların başında beynimizin bir noxud dənəsi böyüklüyündə olan, hipotalamus adlanan hissəsi gəlir. Qandakı su miqdarı azalanda hipotalamus bunu dərhal aşkar edir. Buna qarşı bir tədbir olaraq hipotalamusun altında yerləşən 1 sm böyüklüyündəki hipofiz adlı vəz "ADH" adlanan bir hormon ifraz edir. 
 
Bu hormon qan dövranı vasitəsi ilə uzun bir səyahətə çıxır və böyrəklərə çatır. Böyrəklərdə eynilə bir qıfılın açara uyğun gəldiyi kimi tamamilə bu hormona uyğun xüsusi qəbuledicilər vardır. Hormonlar bu qəbuledicilərə çatdıqları anda böyrəklərdə dərhal su qənaəti nizamına keçilir və suyun xaric olması çox az bir səviyyəyə endirilir. 
 
Əgər hipofiz hormonu və bu hormonun gətirdiyi "suyun istifadəsini azaldın" əmrini anlayıb həyata keçirən böyrək hüceyrələri olmasaydı, susuzluqdan ölməmək üçün gündə 15-20 litr su içmək məcburiyyətində qalardıq. 
 
Su bütün canlılar kimi insanlar üçün də ən mühüm həyat mənbəyidir. Bədən temperaturunun tənzimlənməsi, qida maddələri və oksigenin daşınması, tullantı maddələrinin hüceyrələrdən uzaqlaşdırılması və həzmin asanlaşdırılması kimi insan bədənində baş verən, demək olar ki, hər funksiyada iştirak edir. Eyni zamanda, orqan və toxumaların qorunmasını təmin edir. Məsələn, hüceyrələrimizi əhatə edən suyun sadəcə 2 %-ni itirdiyimiz zaman təxminən 20 %-lik enerji itkisinə məruz qalır və əldən düşürük. Hətta sadəcə bu da insan həyatında suyun nə qədər vacib olduğunu anlamaq üçün kifayətdir.