İman HƏQİQƏTLƏRİ

Suyun varlığı üzərində düşünməyin əhəmiyyəti


Suyun varlığı üzərində düşünməyin əhəmiyyəti

 
Günəş sistemindəki digər 63 göy cismindən heç birində həyatın təməl şərti olan su mövcud deyil. Halbuki yer üzünün böyük bir hissəsi sularla əhatə olunub. Okeanlar və dənizlər yer səthinin dörddə üçünü meydana gətirir. Həmçinin, quruda da xeyli göl və çay vardır. Hündür dağların zirvələrindəki qarlar isə suyun donmuş halıdır. Dünyadakı suyun əsas hissəsi də səmadadır. Buludların hər birində minlərlə, bəzən milyonlarla ton su olur. Bu suların bir qismi də bəzən damcı halında yerə enir, yəni yağış olur. Hal-hazırda  tənəffüs etdiyiniz havanın içində də mütləq müəyyən miqdarda su buxarı vardır. 
 
Yağışlar, dənizlər, çaylar, axar sular, okeanlar, kranı açdığınız zaman axan içməli su… İnsanların böyük əksəriyyəti suyun varlığına o qədər vərdiş ediblər ki, yer üzünün böyük hissəsinin sularla əhatə olunmasının əhəmiyyətini, bəlkə də, heç düşünmürlər. Halbuki su kosmosda həqiqətən çox nadir rast gəlinən bir birləşmədir. Bu səbəbdən də bilinən bütün göy cisimlərinin içində yalnız dünyada suyun mövcud olması, üstəlik bu suların içməli olması olduqca möcüzəvi bir haldır.
 
İnsan qidasız 1-2 həftə yaşaya bildiyi halda, su içmədən 3-4 gündən çox yaşaya bilməz. 55-75 %-i sudan ibarət olan insan bədənində tərləmə və tənəffüs kimi fəaliyyətlər nəticəsində gündə 2-3 litr su itirilir. İtirilən su susama duyğusunun ardından içilən su ilə bərpa edilir.