İman HƏQİQƏTLƏRİ

İnsanın bir damcısını yarada bilmədiyi nemət: Su


İnsanın bir damcısını yarada bilmədiyi nemət: Su

Bütün xam maddəsi əlində olduğu halda, insanın yarada bilmədiyi ən böyük nemətlərdən biri “su”dur. Həyat üçün ən böyük ehtiyac olan su Allah tərəfindən insanlara hazır halda verilmişdir. Suyun əmələ gəlməsini laboratoriyada izləyə bilməz və onu yarada bilmərik. Su dünya yaranan zaman meydana gəlmiş və canlılara verilmişdir. O vaxtdan indiyə qədər canlı həyatın davam etməsini təmin edən su eyni sudur.
 
Susuz bir həyatın mövcud ola bilməsi mümkün deyil. Su, həyatın təməli olması üçün Allah'ın xüsusi olaraq yaratdığı, hər cür fiziki və kimyəvi xüsusiyyəti ilə həyat üçün mövcud etdiyi bir maddədir. Yer üzündəki milyonlarla növ canlı bu su sayəsində həyatını davam etdirir, həyat üçün lazım olan tarazlıqlar da suyun varlığı ilə davamiyyətlərini qoruyurlar. 
 
Bilindiyi kimi, su iki hidrogen və bir oksigen atomunun birləşməsi nəticəsində yaranan bir molekuldur. Oksigen və hidrogen atomları təbiətdə bol miqdarda mövcuddur. Amma bunlar heç vaxt bir anda bir-birlərinə bağlanaraq suyu yarada bilməzlər. Hidrogen və oksigen atomlarının birləşərək suyu əmələ gətirmələri üçün toqquşmaları lazımdır. Toqquşma əsnasında hidrogen və oksigen atomlarını əmələ gətirən tellər zəifləyir və bu atomlar yeni bir molekul olan suyu əmələ gətirmək üçün birləşirlər. Suyun yaranması üçün lazım olan məhz bu toqquşma ancaq çox yüksək bir temperaturda və yüksək bir enerji səviyyəsində mümkün ola bilir. Hazırda yer üzündə suyun əmələ gəlməsinə şərait yaradacaq qədər yüksək temperatur yoxdur. Buna görə də yeni su molekullarının yaranması qeyri-mümkündür. Dünyada hal-hazırda mövcud olan, içdiyimiz, istifadə etdiyimiz, dənizləri, okeanları əmələ gətirən su dünyanın yaradılışı zamanı yüksək istilik nəticəsində yaranan sudur. Ancaq suyun möcüzəvi xüsusiyyətləri bunlarla məhdudlaşmır.