Axırzaman və MEHDİ (əs)

Hz. Mehdi (əs) insanların cənnəti qazanmalarına vəsilə olacaq


Hz. Mehdi (əs) insanların cənnəti qazanmalarına vəsilə olacaq

Peyğəmbərimizin (səv) hədislərindəki məlumatlara görə Uca Allah gözəl əxlaqdan uzaqlaşan insanları, degenerasiyaya məruz qalan cəmiyyətləri doğru yola çatdırmaq üçün ‘’Mehdi’’, digər bir ifadə ilə ‘’doğruya aparan’’ xüsusiyyətini daşıyan üstün əxlaqlı bir qulunu vəsilə edəcək.

Hz. Mehdi (əs) Allahın izni ilə bəşəriyyəti ağuşuna alan bütün bu qarışıqlıqlara, ictimai problemlərə, sosial çətinliklərə həll yolu gətirəcək. Bütün yer üzünə səadət, hüzur, sülh və gözəl əxlaq hakim olarkən, hz. Mehdi (əs) İslamı bütün təhriflərdən, xurafatdan təmizləyərək əsl Quran əxlaqının yaşanmasını təmin edəcək və Allahın izni ilə bir çox insanın Cənnəti qazanmasına vəsilə olacaq.