Axırzaman və MEHDİ (əs)

Mehdiyyət gizlədilməli deyil, müjdələnməli mövzudur. Hz.Mehdidən bəhs edilməsi hz.Mehdinin zühur əlamətidir


Mehdiyyət gizlədilməli deyil, müjdələnməli mövzudur. Hz.Mehdidən bəhs edilməsi hz.Mehdinin zühur əlamətidir

Hicri təqvimi ilə 13-cü əsrin mücəddidi (dini əlavələrdən, bidətlərdən təmizləməyə çalışan və əsl dini təbliğ edənİslam alimi) Bədiüzzaman öz əsərlərində hz. Mehdinin zühuru və İslam əxlaqını bütün dünyaya hakim etməsi haqqında bütün müsəlmanlara yol göstərən kimi vacib izahlar vermişdir. Ancaq bir qrup insan Bədiüzzamanın əsərlərində geniş yer verdiyi "Mehdiyət” mövzusundan ətraflı şəkildə bəhs edilməsinin yanlış və təhlükəli olacağını düşünürlər. Halbuki "Mehdiyyət mövzusu gizlədilməməlidir, əksinə, müjdələnilməli mövzudur". Hz. Mehdinin zühuru şəxsən Peyğəmbərimiz (səv) tərəfindən müjdələnmişdir və Peyğəmbərimizin (səv) bu mövzuda mütəvatir (ardıcıl) olaraq qəbul edilən çox sayda hədisi vardır. Peyğəmbərimiz (səv) bir hədisində

"Hz. Mehdi ilə müjdələnin. O, Qüreyşdən və Əhli Beytimdən biridir.” (Kitab-ul Burhan Fi Alamet-il Ahir zaman, s.13)  sözləri ilə bu məsələnin müsəlmanlar üçün bir müjdə olduğunu bildirmişdir. Bir başqa hədisində isə Peyğəmbərimiz (səv) "Hz. Mehdi zühur edər, hər kəs yalnız  Ondan danışar, Onun sevgisini alar və Ondan başqa bir şeydən bəhs etməz." (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 33)  sözləri ilə hz. Mehdinin zühur edəcəyi dövrdə hər kəsin bu mübarək şəxsdən bəhs edəcəyini xəbər vermişdir. Peyğəmbərimizin (səv) bildirdiyi bu hədislər indiki zamanda reallaşmağa başlamışdır və hər kəs hz. Mehdidən bəhs edir. Bədiüzzaman da əsərlərində bu mövzuya geniş yer vermiş, yüzlərlə səhifədə bu mövzunu təfsilatı ilə açıqlamışdır. Çox aydındır ki, əgər bu mövzunun gizlənməsi lazım olduğunu ya da oxunmasının gərəksiz olduğunu düşünsəydi, bu barədə olan izahlarını  risalələrində vurğulamazdı. Necə ki, təhlükəli mövzu olduğunda Bədiüzzaman əsərlərində bunun "məhrəm" olduğunu və yayılmasının lazım olmadığı üçün risalələrdə olmadığını müxtəlif yerlərdə ifadə etmişdir. Bədiüzzamanın bu izahlardan biri belədir: 

"Risalələr isə, o kimi risalələrə məhrəm demişik... yayılmasını qadağan etmişik..." (Bediüzzaman ve Talebelerinin Mahkeme Müdafaları, s.187)

Bədiüzzamanın da söylədiyi kimi, gizli olanlar nəşr olunmaz. Ancaq Mehdiyyət məsələsində isə buna tamamilə əks bir vəziyyət mövcuddur. Bədiüzzaman hz. Mehdinin gəlişini yüzlərlə səhifədə açıqlayaraq bu mövzuya aydınlıq  gətirmiş və bunun gizlədiləcək bir məsələ olmadığını ifadə etmişdir. Necə ki, illərdir risalələrin milyonlarla insan tərəfindən oxunması da bu mövzunun gizli deyil, aşkar olduğunu göstərir.

Ancaq Bədiüzzamanın bu məsələyə dair fikri son dərəcə açıq olduğu halda, bu yanlış düşüncəyə dəstək olaraq Bədiüzzamanın sözlərinə bəzi yanlış mənalar əlavə edirlər. Bu məqsədlə qarşıya qoyulan və yanlış şərh olunan Bədiüzzamanın sözlərindən biri belədir:

“Qardaşlarımın ikinci iltibası (səhvi): Fani (keçici) və çürüdülə bilən bir şəxsiyyəti bəzi cəhətlərlə (tərəfləri ilə) birinci vəzifədə pişdarlık (öndərlik) edən Nur şagirdlərinin (tələbələrinin) mənəvi şəxsi təmsil edən o aciz qardaşına verirlər. Halbuki bu iki iltibas (səhv, qarışdırma) da Risaləyi Nurun həqiqi ixlasına və heç bir şeyə, hətta mənəvi və ührəvi məqama da alət olmamasına bir cəhətdə (tərəfdən) zərər verdiyi kimi, əhli siyasəti də (siyasət əhlini də) yanlış fikirə (yanılmaya, qorxuya, olmayan bir şeyi olar zənni ilə narahatlığa) salıb Risaləyi Nurun nəşrinə (nəşr olunmasına, paylanmasına, eşitdirilməsinə) zərər gəlir. Bu zaman, mənəvi şəxsin zamanı olduğu üçün belə böyük və baqi (əbədi) həqiqətlər fani (keçici) və aciz və xəta edə bilər (qüsur işləyə bilən) şəxsiyyətlərə bina edilməz. Xülasə (nəticə olaraq): O gələcək şəxsin adını vermək-üç vəzifəsi birdən yada gəlir-yanlış olar. Həm heç bir şeyə alət olmayan Nurdakı ixlas zədələnər, avamı möminin (elmi mədəniyyəti az olan möminlərin) nəzərində həqiqətlərin qüvvəti bir dərəcə nöqsanlaşar, yəqiniyəti bürhaniyə (yəqin dərəcəsində bilinən, rədd və inkar üçün etiraz qəbul edilə bilməyəcək surətdə gerçəkləri isbat edən qəti dəlil) də qəzayanı makbulədəki (qəbula məzhər olmuş hökm və iddia, etimad edilər şəxslərin söylədikləri və bu etimada görə qəbul edilən) zənni qalibə inqilab edər (həqiqətə yaxın qüvvətli qənaətə çevrilər), daha muannid dəlalətə (inadçı dəlilə, işarəyə) və inadçı zındıkaya (inadçı, tərsli, qürurlu dinsizliyə) tam qələbəsi (qalibiyyəti, üstünlüyü), mütehayyir (qarışıqlıq içərisindəki) əhli imanda görünməməyə başlar; əhli siyasət yanlış fikrə (yanlışlıq və narahatlığa) və bir qisim xocalar etiraza başlar. Onun üçün Nurlara o adı vermək münasib (uyğun) görülmür. Bəlkə mücəddiddir, onun pişdarıdır (qabaqcılıdır), deyilə bilər. (Sikke-i Tasdik-i Gaybi, s.10)

Bədiüzzamanın bu sözündə izah etdiyi həqiqətlər təhrif edilir və "Hz. Mehdi mövzusundan aşkar şəkildə bəhs edilməsinin son dərəcə zərərli olacağını söylədiyi" ortaya atılır. Halbuki bu düşüncə tamamilə yanlış izah edilmişdir. Çünki Bədiüzzaman bu sözündə izah etdiklərini öz yaşadığı dövrə aid olaraq açıqlamışdır. Bədiüzzaman tələbələrinin özünə  Mehdilik mövzusunda hüsnü-zənn bəslədiklərini ancaq bunun, "qarışıqlıqdan yaranan səhv olduğunu" bildirmişdir. Buna görə də özü üçün, "bu şəkildə söyləməyin, belə bir hz. Mehdilik iddiasında olmayın" demişdir. Ancaq diqqət etsək, Bədiüzzaman burada "Mehdilik mövzusundan bəhs etmənin” deyil,  özünə qarşı hz. Mehdi iddiasında olmağın təhlükəli və zərərli yönlərindən bəhs edir. O dövr üçün Bədiüzzamana qarşı belə yanlış düşüncənin gündəmdə olmasının ixlası zədələyə biləcəyini, bəzi siyasətçilərin narahatlığına səbəb ola biləcəyini, Risaləyi Nurun nəşr edilməsinə zərər verə biləcəyini və Risaləyi Nurun inkar edənlərə qarşı əldə edəcəyi qalibiyyətinin yarıda qalacağını xatırladır. Bədiüzzaman belə yanlış hüsnü zənndə olunmasının Mehdiyət mövzusunda yanlış bir "zənni qalib" (həqiqətə yaxın qüvvətli qənaət) meydana gəlməsinə və beləcə iman əhlinin səhv yönəldilməsinə səbəb olacağını, bu qarışıqlıq nəticəsində də bunun müsəlmanların həqiqi hz. Mehdini tanımalarına  mane ola biləcəyini söyləyir.