İman HƏQİQƏTLƏRİ

Kloun balığı və aktinilərin birgə həyatı


Kloun balığı və aktinilərin birgə həyatı

Aktinilər və ya dəniz anemonlarının bığcıqları üzərində olan kapsulalar çox güclü təsirə malik olan bir zəhər ifraz edir. Bu maye zəhərdən təsirlənən canlının iflic olub ölməsinə səbəb olur. Lakin aktinilərin təsir etmədiyi canlılar da var. Məsələn, kloun balıqları.  

Kloun balıqları və ya anemon balıqları aktinilərin zəhərli bığcıqları arasında yaşaya bilən nadir canlılardandır. Zəhərin bu canlılara təsir etməməsindən əlavə, kloun balıqları bütün həyatlarını bu bitkilərin arasında keçirir. Bəs bu necə baş verir?

Balığın bədəni xüsusi kimyəvi maddə ilə örtülmüşdür. Bu maddə zəhərin balığa təsir etməsinin qarşısını alır. Bir anemon bitkisi həyatı boyu kloun balıqlarını təhlükələrdən xilas etməyə kifayətdir. Bu ortaqlıq balığın düşmənlərindən qorunmasını təmin edir. Bunun qarşılığında isə aktinilər balığın artıq qalan qidalarından faydalanır.

Aydındır ki, bu canlıları eyni mühitdə yaradan, hər ikisinin ehtiyaclarından xəbərdar olan tək bir Yaradıcı vardır. Bu canlılar Allah tərəfindən bir-birinin ehtiyacını ödəyəcək şəkildə yaradılmışdır. Kloun balığını və bütün digər canlıları, bitkiləri yaradan sonsuz qüdrət və elm sahibi olan Allah’dır. Tərifə, təqdirə və ucaldılmağa layiq olan bütün canlıları yaradan, onları olduqca həssas tarazlıqlar və mürəkkəb sistemlərlə təchiz edən, Əziz olan Allah’dır. 

Göylərdə və yerdə olanların hamısı Allah’ın şəninə təriflər deyir. Mülk O’nundur, həmd O’na məxsusdur. O, hər şeyə qadirdir. (Təğabün surəsi, 1)