Axırzaman və MEHDİ (əs)

Mehdinin çıxış zamanı


Mehdinin çıxış zamanı

Ənəs Malikdən təhric etdi. O dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu:  Dünyanın ömrü axirət günlərindən yeddi gündür. Allah’u Təala buyurdu ki: Rəbbin qatında bir gün sizin saydıqlarınızdan min il kimidir. Ənəs b. Malikdən. O dedi ki Rəsulullah (s.ə.v) buyurdu: Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını ödəsə, Allah Təala onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmişcəsinə bu dünyanın yeddi min illik ömrü müddəti qədər savab yazar. Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 88

Peyğəmbərimiz (s.ə.v) keçmişlə, gələcəklə və axirət həyatı ilə bağlı məsələlər haqqında xəbər verərkən təşbehlərdən istifadə etmişdir.

Burada “7 min il” deyərkən dünyanın gerçək yaşının 7 min il olduğu nəzərdə tutulmur.

(Allah’u aləm ərəbcə) O zaman 7 min il ilə bağlı rəvayətlər bir təqvim başlanğıcı kimi insanlıq tarixində çox əhəmiyyətli bir hadisəyə, məsələn tufandan sonra insanların oturaq həyata keçmələrinə və dünya həyatının yenidən başlamasına aid başlanğıc ola bilər. Yəni o tarixdən etibarən, insanlıq tarixi sanki yenidən başlamış kimi, sayları artmağa, şəhərləşməyə başlamış ola bilər. Bəzi üləmalar həzrət-i Nuh əleyhissalamdan sonrakı dövrü Dünyada insanlıq tarixinin yenidən başlaması olaraq adlandırmışlar. Necə Xristianlar miladi 1987-ci il ilin əvvəlində əhəmiyyətli bir hadisənin baş verdiyini qəbul edib, bir tarix başlanğıcı meydana gətirib ondan əvvəl, ondan sonra deyərək bir zaman təyin ediblərsə, yenə o şəkildə rəvayətdə, müəyyən bir vaxtı təsbit etmək üçün təqvim başlanğıcı kimi 7 min il əvvəli və sonrası şəklində bir tarix zamanlamasına işarə edə bilər.

İmam Rəbbani həzrətləri Məktubatda bu rəvayəti nəql etmişdir.

Təqribən 124 min peyğəmbərimiz gəlib keçdi.   Məktubat-i Rəbbani, 1/354  

Hz. Adəmdən etibarən Rəsulullah əfəndimizə qədər 124 min peyğəmbər gəlib keçmişdir. Başqa bir rəvayətdə İmam-i Rəbbani həzrətləri belə buyurmuşdur: 

 Aradan "1000 ilin" keçdiyi vaxt keçən ümmətlərdə Ulül əzm bir peyğəmbərin gəldiyi vaxtdır. .   Məktubat-i Rəbbani, 1/495 

Normal olaraq hər 100 ildə bir peyğəmbər, 1000 il də də Ulü l əzm bir peyğəmbər gəlmişdir. Hər 100 ildə bir peyğəmbər gəldiyini qəbul etsək, hz. Adəm əleyhissalamdan hz. Rəsulullah əfəndimizə qədər:

124. 000x 100= 12. 400.000 (on iki milyon dörd yüz min = il olmalıdır.) Deməli, peyğəmbərimiz (s.ə.v.) dünyanın ömrü 7 min ildir deyərkən dünyanın əsl yaşını deyil, insanlıq tarixi üçün əhəmiyyətli bir hadisənin başlanğıc zamanını nəzərdə tutmuşdur (Allah’u aləm)

Əhməd İbni Hanbəl nəql etdi.  Dünyadan beş min altı yüz il keçmişdir.   Kitab-ül Bürhan Fi Əlamət-əl Axırzaman, 89