Axırzaman və MEHDİ (əs)

Hz. Mehdinin (ə.s.) üzü gözəl və nurludur


Hz. Mehdinin (ə.s.) üzü gözəl və nurludur

Hz. İmam Hüseynin (ə.s) belə buyurduğu rəvayət olunmuşdur:

"Hz. Mehdi (ə.s) qiyam etdikdə xalq onu tanımayacaq. Çünki o (HZ. MEHDİ (Ə.S.)) xalqa gözəl simalı biri olaraq gələcək..."
(İkd-üd Dürər, s. 41)


Humran ibn AYAN İmam Məhəmməd Bəkir əleyhissalama deyir ki:


... Sənin sahibin hz. Mehdi (ə.s.) geniş qarınlıdır, alnında iz var, ÜZÜ GÖZƏLLƏRİN ÖVLADIDIR. (YƏNİ ÜZÜ GÖZƏLDİR) Allah rəhmət etsin."
(Şeyx Məhəmməd b. İbrahim-i Numani, Qaybət-i Numani s. 253)


Üzü parlayan ulduz kimi nurludur.
(əl-Qavlu'l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 33)
(Kitab-ül Bürhan Fi Əlamətil-il Mehdiyy-il Axırzaman, 22)


O (Mehdi) gözəl bir cavandır, gözəl üzlüdür. Üzünün nuru başına və saçlarının qarasına qədər yüksələr.
(Mehdilik və İmamiyyə, s. 153/ İkdüd Dürərdən)


Üzü parlayan ulduz kimi nurludur.
(əl-Qavlu'l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 33)


Peyğəmbərimiz "Mənim nəslimdən olan 40 yaşındakı Mehdidir. Üzü səmada parlayan ulduz kimidir." şəklində buyurmuşdur.
(Əli b. Sultan Məhəmməd əl-Qari əl-Hənəfi "Risalətül Məşrəb Əlverdi fi Məzhəbil Mehdi")


Rəsulullah belə buyurmuşdur:
"Mehdi mənim övladlarımdandır. Onun üzü parlaq ulduz kimidir."
(Ukayli "ən-Nəcmu's-sakıb fi Bəyanı Ənnə'l Mehdi ibn Övladı Əli b. Əbi Talib Alət-Təmam vəl kamal")


"Gözəl üzlüdür. Üzündəki nur ona əzəmət verər."
(Mer'iy b. Yusuf b. ƏbiuBəkir b. Əhməd b. Yusuf əl-Məqdisi "Fəraidu Fəvaidi'l Fikir Fil İmam əl-Mehdi əl-Müntəzər")


"O (Mehdi), orta boylu və gözəl üzlü bir gəncdir. Saçları çiyinlərinin üzərinə sallanar. Üzünün nuru saçının, saqqalının və başının qaralığı üzərinə gün kimi parlayar və ona ucalıq verər."
(Ukayli "ən-Nəcmu's-sakıb fi Bəyani Ənnə'l Mehdi ibn Övladı Əli b. Əbu Talib Alət-Təmam vəl kamal")


Onun üzü parlaq ulduz kimidir
(Mer'iy b. Yusuf b. Əbu Bəkir b. Əhməd b. Yusuf əl-Məqdisi "Fəraidu Fəvaidi'l Fikir Fil İmam əl-Mehdi əl-Müntəzər")