Axırzaman və MEHDİ (əs)

Hz. Mehdi (ə.s.) Peyğəmbərimizin nəslindəndir


Hz. Mehdi (ə.s.) Peyğəmbərimizin nəslindəndir

Hz. Əlinin (r.ə.) rəvayətinə görə Rəsulullah (s.ə.v.) belə buyurdu:
Qiyamətin qopmasına zamanda yalnız bir gündən başqa vaxt qalmasa da, Allah (c. c.) mənim Əhl-i Beytimdən bir şəxsi (Mehdini göndərəcək.)
(Sünən-i Əbu Davud, 5/92)


Səid b. əl Müsəyyəbdən (r.ə.) Peyğəmbərimiz (s.ə.v.) belə buyurdu:
Mehdi qızım Fatimənin nəslindəndir.
(Sünən-i Ibn Mace, 10/348)


Mehdi ilə müjdələnin. O Qüreyşdən və Əhl-i Beytimdən bir şəxsdir.
(Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman , 13)


İbnu Məsud: Rəsulullah yaxud da belə buyurmuşdu deyir:


"...Əhl-i beytimdən birini, В bu şəxsin adı mənim adıma uyğundur, atasının adı da atamın adına uyğundur. Bu şəxs, yer üzünü, - əvvəllər zülmlə dolu olmasına baxmayaraq - ədalət və haqqaniyyətlə doldurar."
(Tirmizi, Fitən 52, (2231, 2232))

Mənim Əhl-i Beytimdən bir şəxs bütün dünyaya hakim olana qədər günlər və gecələr getməz.
(ən-Necmu's Sakıb, Ukayli)


"Mehdi mənim övladlarımdan biridir. Üzü səmada parlayan ulduz kimidir."
(Əli b. Sultan Məhəmməd əl-Qari əl-Hənəfinin "Risalətül Məşrəb əlverdi fi məzhəbil Mehdi")


"Mənim nəslimdən olan 40 yaşındakı Mehdidir. Üzü səmada parlayan ulduz kimidir.
(Əli b. Sultan Məhəmməd əl-Qari əl-Hənəfi "Risalətül Məşrəb Əlverdi fi Məzhəbil Mehdi")


"Mehdi mənim övladlarımdandır. Onun üzü, parlaq ulduz kimidir."
(Ukayli "ən-Nəcmu's-sakıb fi Bəyanı Ənnə'l Mehdi ibn Övladı Əli b. Əbi Talib Alət-Təmam vəl kamal")