Axırzaman və MEHDİ (əs)

Hz. Mehdi (ə.s) dəccaliyyətin hər iki qolunu-xurafatçılıq və dinsizliyi elmlə, fikirlə aradan qaldıracaqdır


Hz. Mehdi (ə.s) dəccaliyyətin hər iki qolunu-xurafatçılıq və dinsizliyi elmlə, fikirlə aradan qaldıracaqdır

Peyğəmbərimiz (s.ə.v) Axırzamanı izah edən bir çox hədisində dəccalın qiyamətin ən əhəmiyyətli əlamətlərindən biri olduğunu bildirmişdir. Hədislərdə dəccalın, insanlar arasında qarışıqlıq və narahatçılığı yayacağı, kütlələri əxlaqsızlığa və pisliyə sürüyəcəyi, inkara və üsyana istiqamətləndirəcəyi, terrorun və şiddətin qaynağı olacağı xəbər verilmişdir. Peyğəmbərimiz (s.ə.v.), dəccalın insanları din əxlaqından uzaqlaşdırıb, yer üzündə böyük qarışıqlıq və zülmə sürüyən bu fitnəsinin xurafatçılıq və dinsizlik olduğunu bildirmişdir. 

Hədislərdə dəccalın fitnəsinin fikri zəmində təsirsiz hala gətirilməsində isə, hz. İsa (ə.s) ilə hz. Mehdi (ə.s)-ın vəzifəli olduqları izah edilmişdir. Hz. Mehdi (ə.s) Allahın varlığını və birliyini bütün dəlilləri ilə ən gözəl şəkildə izah edəcək, dinsizliklə fikri sahədə ən təsirli şəkildə mübarizə edəcək, insanları səmimi imana dəvət üçün böyük səy göstərəcək və həqiqi din əxlaqını bütün dünyada məskun edəcəkdir.

"Bu şübhəsizdir ki, Axırzamanda Məğrib məmləkətinin ən uzaq mövqesindən hz. Mehdi (ə.s) deyilən bir şəxs çıxacaqdır. Və ön tərəfində qırx mil məsafə olaraq gedəcəkdir. HZ. MEHDİ (Ə.S)-IN BAYRAQLARI AĞ VƏ SARIDIR. İÇİNDƏ XƏTLƏR OLAR. BAYRAQLARINDA ALLAHIN İSM-İ ƏZƏMİ YAZILMIŞDIR. ONUN BAYRAĞI  ALTINDAKI HEÇ BİR BİRLİK MƏĞLUB  EDİLMƏZ." (İmam Şarani, Ölüm Kıyamet Ahiret ve Ahir Zaman Alametleri Muhtasaru, (Tezkireti’l Kurtubi), səh. 438) hədisində açıqlandığı kimi, hz. Mehdi (ə.s)-ın dəccalın dinsizlik fitnəsinə qarşı verəcəyi ən təsirli fikri mübarizə üsullarından biri imani əsərlər qələmə almasıdır.

Hədisdəki izahatdan, hz. Mehdi (ə.s)-ın istifadə edəcəyi "sarı, ağ bayraqların, bu bayraqların içindəki xətlərin və Allahın adının xatırlandığı yazıların" insanlara İslam əxlaqını təbliğ edən kitablara işarə etdiyi aydın olur. Bu kitablar ağ səhifələrdən meydana gələcək, sarı-qızıl rəngli bəzəkləri olacaq və kitabın içində də yazılar, bu yazıları əhatəsinə alan kənar çərçivələri olaraq istifadə edilən kənar xətləri, rəsmləri və şəkilləri olacaqdır və Uca Allahın adı kitabın hər yerində yazılı olacaqdır; Allahın böyüklüyü və ucalığı bu kitablarda çox təfərrüatlı olaraq izah ediləcəkdir. Həmçinin, hədisdə ‘bayraq'  bənzətməsiylə izah edildiyi kimi, bu kitablar sanki bir ordunun bayraqları kimi, çatdığı hər yeri mənəvi cəhətdən fəth edəcəkdir. Bununla da, hz. Mehdi (ə.s) dəccalın dinsizlik fitnəsini yəni, ateistliyi mənəvi cəhətdən, mədəni baxımdan və məlumat cəhətdən məğlub edəcəkdir, Allah qorxusu və Quran əxlaqını təkrar hakim edəcək. Hz. Mehdi (ə.s) bu əsərlər ilə dünyanı mənəvi cəhətdən fəth edəcək və İslam dininin bütün dünyada sürətlə yayılmasına vəsilə olacaqdır:

“HZ. MEHDİ (Ə.S) DÜNYANIN  ŞƏRQ VƏ QƏRBİNİ FƏTH  EDİB İSLAMI (İSLAM ƏXLAQINI) DÜNYANIN DÖRD BİR TƏRƏFİNƏ SUVEREN EDƏCƏKDİR...  Allah Təala insanlara elə bir güc verəcəkdir ki, hər kəs olduğu yerdə onun sözlərini eşidəcəkdir və hz. MEHDİ (ə.s) İslama həyat verəcəkdir...” (Bihar’ul-Envar, c. 52, səh. 279 ve c. 53, səh. 12 İkmal’ud- Din, c. 2, səh. 367)