Axırzaman və MEHDİ (əs)

Hz. Mehdi (ə.s) ilk gəlişində tanınmayacaq


Hz. Mehdi (ə.s) ilk gəlişində tanınmayacaq

İmam Rəbbani hz. Mehdinin (ə.s) zühurunun ƏSRİN ƏVVƏLİNDƏ OLACAĞINI bildirmiş, öz dövründə əsrin əvvəlindən on səkkiz il keçməsinə baxmayaraq, bu zühurun reallaşmadığını ifadə etmişdir:

Halbuki, bu, Mehdinin gəlişi dövründə olacaq zühur deyil. Çünki ONUN ZÜHURU YÜZ İLİN ƏVVƏLİNDƏOLACAQ. Hal-hazırda da, yüzün əvvəlindən on səkkiz il keçmişdir. İmam-i Rəbbani, Məktubat-i Rəbbani, 381. Məktub, s. 1184

İmam Rəbbaninin "ONUN ZÜHURU YÜZ İLİN ƏVVƏLİNDƏ OLACAQ" ifadəsi HZ MEHDİNİN ZÜHUR ƏLAMƏTLƏRİNİN ƏSRİN ƏVVƏLİNDƏ TƏSDİQLƏNMƏYƏ BAŞLAYACAĞI MƏNASINDADIR, yoxsa əsrin əvvəlində hz. Mehdi (ə.s) dərhal zühur edəcək, İslam əxlaqı dərhal hakim olacaq və hz. Mehdi (ə.s) gələn kimi dərhal xalq tərəfindən tanınacaq MƏNASINDA DEYİL. 
 
Belə ki, İmam Rəbbaninin söylədiyi kimi HİCRİ 1400-CÜ İLDƏN İNDİYƏ QƏDƏR 30 İLLİK MÜDDƏT ƏRZİNDƏ HZ. MEHDİNİN ZÜHURU ÜÇÜN PEYĞƏMBƏRİMİZİN (S.Ə.V) BƏHS ETDİYİ BÜTÜN ƏLAMƏTLƏR BAŞ VERMİŞDİR. (Hz. Mehdinin (ə.s) çıxış əlamətləri üçün baxın.) http://www.hazretimehdi.com/cikis.php
İmam Rəbbaninin bu sözündə istifadə etdiyi "HAL-HAZIRDA YÜZÜN ƏVVƏLİNDƏN ON SƏKKİZ İL KEÇMİŞDİR." ifadəsi də əhəmiyyətlidir. İmam Rəbbani bu sözü ilə əgər Mehdi zühur etsəydi, kəramət sahibi vəli bir insan olaraq hz. Mehdinin gəlişini imanın nuru ilə hiss edəcəyinə işarə edir. Halbuki, İmam Rəbbaninin öz dövründə əsrin əvvəlindən on səkkiz il keçməsinə baxmayaraq, hz. Mehdinin çıxış əlamətləri reallaşmamış, başqa sözlə, hz. Mehdi (ə.s) də zühur etməmişdir. 
 
Başqa sözlə, İmam Rəbbani hz. Mehdi (ə.s) zühur edən kimi, İslam əxlaqının bütün dünyaya hakim olacağı, hz. Mehdinin (ə.s) baxan hər kəs tərəfindən dərhal tanınacağı kimi bir izah verməmişdir. Ancaq özü kimi dərin elmlərə malik olan vəli şəxslərin hz. Mehdini (ə.s) tanıya biləcəklərinə diqqət çəkmişdir.

 
Hz. Mehdi (ə.s) ilk dəfə zühur etdikdə hər kəs tərəfindən dərhal tanınmayacağı, xalqın arasında olmasına baxmayaraq, bilinməyəcəyi ancaq KƏRAMƏT SAHİBİ VƏLİ İNSANLARIN ONU İMAN NURUNDAN, İMANIN DƏRİNLİYİNDƏN VƏ İMAN HEYBƏTİNDƏN TANIYA BİLƏCƏKLƏRİ Səid Nursinin ifadələrindən də aydınlaşır: 
  
Halbuki, demişdik: Bu dünya təcrübə meydanıdır. Ağıla qapı açılar, lakin ixtiyarıəlindən alınmaz. ELƏ İSƏ O ƏŞHAS (yəni axırzamanın mühüm şəxsləri –HZ. MEHDİ (Ə.S) və HZ. İSA (Ə.S)), hətta o müdhiş Dəccal belə GƏLDİYİ ZAMAN ÇOXLARI, HƏTTA ÖZÜ DƏ BAŞLANĞICDA Dəccal olduğunu BİLMƏZ. BƏLKƏ NUR-U İMANIN DİQQƏTİ İLƏ, O ƏŞHAS-I AXIRZAMAN (yəni axırzamanın mühüm şəxsləri HZ. MEHDİ (Ə.S) və HZ. İSA (Ə.S)) TANINA BİLƏR. (Sözlər, ss. 343-344)

İmam Rəbbani kimi kəramət sahibi vəli bir insan olan Bədiüzzaman Səid Nursi Məktubat adlı əsərində hz. İsanın da yenidən dünyaya gəldikdə dərhal hər kəs tərəfindən tanınmayacağını, ancaq yaxınındakı DƏRİN İMANLI TƏLƏBƏLƏRİ TƏRƏFİNDƏN İMANIN NURU İLƏ TANINACAĞINI ifadə etmişdir:
 
... HƏZRƏT-İ İSA ƏLEYHİSSALAM GƏLDİYİ VAXT hər kəsin ONUN HƏQİQİ İSA olduğunu bilməsi mühüm deyil. ONUN MUKARRƏB VƏ HƏVASSI (dərin imanlı yaxın tələbələri), nur-u iman (imanın işığı) ilə ONU TANIYAR. Yoxsa bədahət (birdən-birə və açıq-aşkar) dərəcəsində HƏR KƏS ONU TANIMAYACAQ... Məktubat, s. 60
 
İSTƏR İMAM RƏBBANİNİN, İSTƏRSƏ DƏ SƏİD NURSİNİN İZAHLARI HZ. MEHDİNİN (Ə.S) ZÜHURU İLƏ BİRLİKDƏ İSLAM ƏXLAQININ BÜTÜN DÜNYAYA DƏRHAL HAKİM OLACAĞINA, HZ. MEHDİNİN (Ə.S) DƏRHAL HƏR KƏS TƏRƏFİNDƏN TANINACAĞINA İŞARƏ ETMİR. Hz. Mehdi (ə.s) zühur etdikdə İslam əxlaqı dünyanın dörd tərəfinə dərhal hakim olsa, o zaman hz. Mehdini (ə.s) hər kəs tanıyardı. Elə bir mühitdə hz. Mehdi (ə.s) heç bir çətinliklə qarşılaşmazdı. Halbuki hz. Mehdinin (ə.s) xalq tərəfindən tanınmayacağı, hətta bu xüsusiyyəti ilə hz Yusufa bənzəyəcəyi, çətinliklərlə və təzyiqlə qarşılaşacağı, hz. Musa kimi öldürülmə, tələ qurulma, nəzarətə alınma, sürgün edilmə kimi hər cür təhlükə ilə iç-içə olacağı, gizlin yaşayacağı peyğəmbərimizin (s.ə.v) hədislərində də açıq ifadə olunmuşdur:
... HZ. MEHDİ ƏLEYHİSSALAM HZ. YUSUFA BƏNZƏYİR və ONUN (HZ. MEHDİNİN (Ə.S)) XALQI GÖRDÜYÜNÜ, AMMA XALQIN ONU (HZ. MEHDİ (Ə.S)) GÖRƏ BİLMƏDİYİNİ və Hz. Əlinin də buyurduğu kimi GÖYDƏN ÇAĞIRIŞ OLANA QƏDƏR ONUN (HZ. MEHDİNİN (Ə.S)) GÖRÜNMƏYƏCƏYİ QƏTİDİR. (Şeyx Məhəmməd b. İbrahim-i Numani, Qaybet-i Numani s. 167) 
"Əbu Bəsir deyir kiİmam Məhəmməd Bəkir Əleyhissalamın belə buyurduğunu eşitdim: "Bu QEYBİN (MEHDİNİN) SAHİBİNDƏ DÖRD PEYĞƏMBƏRİN SÜNNƏSİ VARDIR:... Dedim ki: "HZ. YUSUFUN SÜNNƏSİ NƏDİR?" BUYURDU Kİ: "ZİNDAN VƏ QEYB."... (Şeyx Məhəmməd b. İbrahim-i Numani, Qaybet-i Numani s. 190) 
 
İmam Zeyn-əl Abidin əleyhissalam belə buyurmuşdur:

"Bizim Qaimimiz (Mehdi) ilə Allahın rəsulları arasında bəzi oxşarlıqlar vardır. Nuh, İbrahim, Musa, İsa, Eyyub və Muhəmməd (s.ə.v.) peyğəmbərlərin hər biri ilə bir oxşarlığı vardır. Nuh ilə uzun ömürlü olmasında, İbrahim ilə doğumunun gizli olması (doğumunun evdə olmasında) və xalqdan uzaq olmasında; MUSA İLƏ QORXU HALI (MEHDİYƏ YÖNƏLMİŞ TƏHLÜKƏLƏRİN ÇOXLUĞU İLƏ: ÖLDÜRMƏ, TƏLƏ QURMA, HƏBS OLUNMA, NƏZARƏTƏ ALINMA, SÜRGÜN KİMİ HƏR CÜR TƏHLÜKƏ İLƏ İÇ-İÇƏ OLMASI İLƏ) və QEYBDƏ YAŞAMASINDA (DAVAMLI GİZLƏNƏRƏK YAŞAMASINDA); İsa ilə xalqın onun haqqında ixtilafa düşməsi (bəziinsanların, “Mehdi gələcək”, bəzilərinin də “gəlməyəcək”, bəzilərinin “Mehdi gecgələcək”, ya da “gəlib getmişdir” deməsində, bəzilərinin isə “Mehdi heç gəlməyəcək” deməsində); Eyyub ilə bəladan sonra qurtuluşa çatmasında (hz. Mehdiyə də bir çox çətinlik və dərd gəlməsi, ancaq hz. Eyyub kimi Allahın rəhmətiilə hamısından xilas olması ilə); Muhəmməd (s.ə.v.) ilə də qılıncla qiyam etməsində (Peyğəmbərimizin (s.ə.v) müqəddəs əmanətləri olan mübarək bayrağı, qılıncı və cübbəsinin Mehdinin yanında olması ilə) oxşarlığı vardır." (Kəmalud-Din s. 322, 31. babıin 3-cü hədis)

 

Sidr-i Seyrefi demişdir: İmam Əbu Abdullah Cəfər-i Sadiq əleyhissalamdan eşitdim ki, belə buyurdu: "BU İŞİN SAHİBİNDƏ (HZ. MEHDİDƏ (Ə.S)) YUSUFA BİR BƏNZƏRLİK VARDIR." BELƏ ƏRZ ETDİM: SƏN BİZƏ BİR QEYBİ VƏ YA HEYRƏTİ BİLDİRƏN KİMİSƏN. (Şeyx Məhəmməd b. İbrahim-i Numani, Qaybet-i Numani s. 189)