İman HƏQİQƏTLƏRİ

Gecə ifraz olunan hormonlar - Böyümə hormonu


Gecə ifraz olunan hormonlar - Böyümə hormonu

Böyümə hormonu

Bir yaşındakı uşaq doğulduğu günlə müqayisədə təqribən iki dəfə ağır, 50% daha uzun olur. Bir il ərzində böyük bir sürətlə kökəlmiş, boyu uzanmış və bədəni bərabər şəkildə böyümüşdür. Təqribən 3 kq ağırlığı, 50 sm boyu olan yeni doğulmuş bir körpə iyirmi - iyirmi beş il müddətində təxminən 80 kq ağırlığında, 1.80 sm uzunluğunda yetkin bir insana çevrilir. Bütün bunları təmin edən hipofiz vəzindən ifraz olunan möcüzə bir molekul - böyümə hormonudur. Kiçik bir körpənin yetkin bir insan olması üçün lazım olan böyümə prosesi iki müxtəlif şəkildə həyata keçir. Bəzi hüceyrələr həcmlərini artırır, bəzi hüceyrələr isə bölünərək çoxalırlar. Məhz bu iki prosesi böyümə hormone həyata keçirir və idarə edir.

Böyümə hormonu beyindəki hipofiz vəzindən ifraz olunur və bədənin bütün hüceyrələrinə təsir edir. Hər hüceyrə hipofiz vəzindən ona gələn mesajın mənasını bilir. Əgər genişlənməlidirsə, genişlənir. Bölünərək çoxalmalıdırsa, çoxalır. Məsələn, yeni doğulmuş körpənin ürəyi yetkin halının təqribən 16-da biri qədərdir. Bununla belə  hüceyrə sayı ümumilikdə yetkin insan ürəyindəki ilə eynidir. Böyümə hormonu inkişaf dövründə ürək hüceyrələrinə bir-bir təsir edir. Hər hüceyrə böyümə hormonunun ona əmr etdiyi qədər inkişaf edir. Beləliklə, ürək də böyüyərək yetkin bir insanın bədəninə qan qova biləcək bir ölçüyə çatır. Sinir hüceyrələrinin çoxalması da körpə hələ ana bətnində olarkən 6-cı ayın sonunda dayanır. Bu mərhələdən doğuşa və doğuşdan yetkinliyə qədər olan dövrdə sinir hüceyrələrinin sayı sabit qalır. Bədən böyüdükcə böyümə hormonu sinir hüceyrələrinə də həcmlərini artırmağı əmr edir. Beləliklə, sinir sistemi böyümə çağının axırına yaxın son vəziyyətinə gəlir. İnsanın inkişafı üçün olduqca mühüm olan böyümə hormonu insan yuxuya keçən kimi qanda maksimum səviyyəyə çatır.

Qanda olan böyümə hormonunun miqdarı hər an necə ölçülür? Hüceyrələr böyümə hormonunu digər molekullardan  necə ayırd edirlər? Bu hüceyrələrin molekulları tanımalarını təmin edən gözləri, vəziyyəti analiz edən beyinləri yoxdur. Ancaq Allah’ın qurduğu sistem içərisində onlara əmr edilən vəzifəni səhvsiz yerinə yetirirlər. Bu qüsursuz sistem sayəsində insan olduqca mütanasib, estetik bir bədənə və orqanlara sahib olur. Allah yaratdığı hər şey kimi insanı da mükəmməl xüsusiyyətlərlə yaratmışdır:

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allah’dır. Ən gözəl adlar yalnız O’na məxsusdur. Göylərdə və yerdə olanların hamısı O’nun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr Surəsi, 24)