İman HƏQİQƏTLƏRİ

Gecə ifraz olunan hormonlar - Tiroid hormonu


Gecə ifraz olunan hormonlar - Tiroid hormonu

Tiroid hormonu

Tiroid hormonunun ürək əzələsinin yığılma gücünün, ürək döyüntüsünün sayının, tənəffüsün və bağırsaq fəaliyyətinin tənzimlənməsində, oksigen sərfi və temperatur istehsalında, qan hüceyrələrində eritrositlərin əmələ gəlməsində, sümük osteogenez və  osteolizində, karbonhidrat, yağ, zülal və vitamin metabolizminin tənzimlənməsində, ana qarnındakı körpənin beyin və sümüyünün inkişafında çox mühüm rolu vardır.

Tiroksin hormonuna ehtiyac duyulanda hormonal sistemin beyni olan hipotalamus hormonal sistemin  “drijoru” olan hipofiz vəzinə əmr (TRH- Tirotropin ifraz edən hormon) göndərir. Əmri alan hipofiz vəzi tiroid vəzisinin hərəkətə keçməli olduğunu anlayır. O da dərhal tiroid vəzinə bir əmr (TSH- Tiroid vəzini hərəkətə keçirici hormon) göndərir. Əmirlər zəncirinin son halqası olan tiroid vəzi də ona gələn bu əmrə uyğun olaraq dərhal tiroksin hormonu istehsal edir və qan yolu ilə bunu bütün bədənə paylayır.

Tiroid xəbərdaredici hormon gecə saat 02:00 – 04:00 arasında maksimum səviyyəyə çatır. Axşam saat 18:00–22:00 arasında isə minimum səviyyədə olur. Bu iki saat arasında 50% fərq vardır. Burada mükəmməl şəkildə uyğunluqla işləyən bir sistemin qurulduğu aşkara çıxır. Bu sistem Allah’ın tiroid hormonunu yaratmasındakı qüsursuzluğu bir daha sübut edir. Allah yer üzünün hər yerində görülən bu uyğunluq və qüsursuzluğu Quran ayələrində belə bildirmişdir:

“Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da O’dur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!”(Mülk Surəsi, 3-4)

Hormon sistemi sinir sistemi ilə birlikdə bədən hüceyrələrinin koordinasiyasını təmin edir. Əgər sinir sistemi internet vasitəsilə göndərilən mesajlara bənzədilsə, hormon sistemi məktub vasitəsilə göndərilən mesajlara bənzəyər; daha yavaşdır, lakin daha uzun müddət effektivdir. İnsan sahib olduğu xarici görünüş və fiziki xüsusiyyətləri Allah’ın qüsursuz şəkildə yaratdığı bu kiçik hormonlara borcludur. Bu da insanın yaradılışının Allah tərəfindən necə həssas tarazlıqlar ilə qurulduğunun başqa bir dəlilidir:

“O, göyləri və yeri haqq-ədalətlə xəlq etdi, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı. Axır dönüş də O’nun hüzurunadır.”(Təğabun Surəsi, 3)