İman HƏQİQƏTLƏRİ

Gecə ifraz olunan hormonlar -Testosteron hormonu


Gecə ifraz olunan hormonlar -Testosteron hormonu

Testosteron hormonu

Testosteron hormonu hipofiz vəzindən ifraz olunan LH- lyüteyinləşdirici hormonu sayəsində istehsal olunur. Lakin testosteron LH hormonunun nəzarətində olduğu kimi LH hormonu da testosteronun nəzarətindədir. Qanda testosteronun miqdarı artdığı zaman testosteron molekulları hipofiz vəzindən daha çox LH hormonu istehsal etmələrini tələb edir. Testosteronun miqdarı azaldığı zaman LH hormonunun istehsalı yenidən başlayır. İstehsal olunan LH hormonu xayaları hərəkətə keçirir və azalan testosteron miqdarının artırılması üçün əlavə hormon istehsal edilməsini əmr edir. Kişi bədəninə xas olan xüsusiyyətləri meydana gətirən bu hormon günün hər saatında ifraz olunmaqla yanaşı, gecə 40% daha çox ifraz olunur. Kişi üçün xüsusi yaradılmış bu sistem aləmlərin Rəbbi Allah’a aiddir. Yaradılışdakı qüsursuzluğu düşünən hər insan bizi yoxdan yaradan Rəbbimizi zikr edərək O’na şükür etməlidir:

Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə, (Allah’dan) qorxasınız. (Bəqərə Surəsi, 21)