İman HƏQİQƏTLƏRİ

Gecə ifraz olunan hormonlar - Melatonin hormonu


Gecə ifraz olunan hormonlar - Melatonin hormonu

  Gecə ifraz olunan hormonlar hansılardır və vəzifələri nələrdir?

 Bu hormonlar həyatımıza necə təsir edir?

Günün müxtəlif vaxtlarında bədənimiz müxtəlif maddələr ifraz edir. Gün ərzindəki fəaliyyətlər, fiziki hərəkətlər, qəbul edilən qidalar, gün boyu insanın içində olduğu ruh halı, gecə və gündüz olması, oyaq və ya yuxu vəziyyətində olması kimi faktorlar bədən mayelərinin ifraz olunmasını artırır və ya azaldır. Bədənimiz üçün hayati əhəmiyyət kəsb edən bu hormonlardan bəziləri gecə ifraz olunur. Bunlar aşağıdakılardır:

Melatonin hormonu

Melatonin hormonunun əsas vəzifəsi bədənin bioloji saatını və ritmini tənzimləməkdir. Hormonun istehsal olunması gün ərzində işığın vəziyyətinə görə dəyişir. Hormon gecə istehsal olunmağa başlayır və səhərə yaxın dayanır. Melatoninin ifraz olunmaması, əsasən, saat 21:00- 22:00 arasında başlayır. Saat təqribən 02:00-04:00-də isə ən yüksək miqdara çatır və 07:00-09:00 arasında dayanır. Gecə nə qədər uzansa, melatoninin ifraz olunması da o qədər uzun müddət davam edir.

Melatoninin ifraz olunması mövsümə görə də dəyişir. Günlər uzandıqca bu hormonun istehsalı azalır, qısaldıqca artır. Günlərin qısa olduğu qış fəslində melatoninin istehsalı artır və hormon daha erkən istehsal olunmağa başlayır. Yay günlərində isə azalır və daha gec ifraz olunur. Beynin kiçik, qaranlıq bir hissəsində olan, xaricdəki qaranlıq və aydınlıqdan və ya fəsillərə görə gecənin qısalıb uzanmasından xəbəri olmayan bu hüceyrələr sanki nə qədər hormon istehsal etməli olduqlarını bilirlər.

Melatonin hormonu hüceyrə sistemini yeniləyərək immun sistemini gücləndirir

Melatonin başda xərçəng olmaqla xəstəliklərə təzyiq edir. Bundan başqa, melatonin müalicəedici dozalarda verildiyi zaman şiş hüceyrələrini birbaşa öldürücü təsirə malikdir. Gecələr melatonin səviyyəsi aşağı olan insanlarda ürək, qan dövranı xəstəliklərinin olması bu hormonun qan-damar sistemi üçün nə qədər mühüm olduğunu göstərir.

Melatonin bədənin bioloji saatını qoruyub ritmini tənzimləyir 

İnsan bədəni hər gün eyni saatda avtomatik olaraq müəyyən funksiyalar yerinə yetirir, bədən temperaturunu dəyişdirir, hormonlar ifraz edir. Biz bunların çoxunun fərqinə də varmırıq. Məsələn, bu bioloji bədən saatına uyğun olaraq bədənimiz axşamlar temperatur itkisinin qarşısını almaq üçün bədən temperaturunu aşağı salır, səhərlər isə bədəni gündəlik fəaliyyətə hazırlamaq üçün artırır. İnsanlarda bədən temperaturu bir gündə təqribən bir dərəcə aşağı düşür və qalxır. Bu mühüm hadisələr melatonin hormonunun ifraz olunması ilə mümkün olur. Beyinin xüsusi bir hissəsində istehsal edilən bu hormon bədəndəki ritmik kimyəvi reaksiyaların əlavə məhsulu olaraq əmələ gələn zəhərli tullantılara qarşı da qoruyucu bir xüsusiyyətə malikdir. Bundan əlavə, melatonin hormonu stress, sıxıntı və narahatlığı, eyni zamanda, yaşlanma xüsusiyyətlərini azaldır. Bu qədər mühüm vəzifələri olan beynimizin ifraz etdiyi melatonin hormonu hava qaranlıqlaşdıqdan sonra istehsal olunur. Dərinin yenilənmə prosesini bu hormon başladır. Rəbbimiz Uca Allah Quranda gecəyə belə diqqət çəkmişdir:

“Sizin üçün gecəni örtük, yuxunu rahatlıq yaradan, gündüzü də həyat (iş, fəaliyyət vaxtı) yaradan O’dur.” 

(Furqan Surəsi, 47)