Axırzaman və MEHDİ (əs)

Hz. Mehdi (ə.s.) ın mənəvi xüsusiyyətləri


Hz. Mehdi (ə.s.) ın mənəvi xüsusiyyətləri

ONun (HZ. MEHDİnin) ZAMANINDA HƏR KƏS RİFAH, DİNCLİK VƏ TAYI-BƏRABƏRİ OLMAMIŞ BİR BOLLUĞA QOVUŞACAQ, HƏTTA HEYVANLAR BELƏ ÇOXALACAQ VƏ RAHAT OLACAQLAR. Yer üzündə bitkilər çoxalacaq. Çayların da suyu çoxalacaq. Yeraltı xəzinələr, sərvətlər və digər mədənlər çıxarılacaq. 

 (əl-Mehdiyy-il Məv'ud, c: 1, s: 264, 275, 277, 285, 287, 288, 311, 318, c. 2, s. 11)        

 

Ondan (Hz. Mehdidən) yer və göy əhli razıdır. VƏ O (HZ. MEHDİ) MALI BÖLƏR... VƏ ÜMMƏTİ MƏHƏMMƏDin (SƏV) ÜRƏKLƏRİNİ ZƏNGİNLİKLƏ DOLDURAR VƏ ƏDALƏTİ ONLARI ƏHATƏ EDƏR (tam mənasıyla əhatə edər).

  (Hz. Əbu Səid əl Hudri r.ə. / Ramuz əl-Ehadis  cild 1, Səhifə 7, Nömrə: 7) (Kitab-ül Burhan fi Əlamət-il Mehdiyy-il Axır Zaman, s. 13)   

 

Əbu Səidi Hudri də Peyğəmbərin (s.ə.v.) minbər üzərində belə buyurduğunu nəql edər: "Əhli Beytimdən olan vəd edilmiş HZ. MEHDİ (ə.s.) AXIR ZAMANDA ZÜHUR EDƏCƏK. GÖY ONA YAĞIŞINI YAĞDIRACAQ VƏ YER ONA BİTKİLƏRİNİ BİTİRƏCƏK. İnsanlar yer üzünü zülmlə doldurduqdan sonra, O yer üzünü ədalətlə dolduracaq."

 (Bihar-ul Ənvar, c. 51, s. 74, İsbat-ul Hudat, c. 7, s. 9)     

 

Kahili deyir ki: İmam Əbu Abdullah Cəfəri Sadiq əleyhissalam belə buyurdu: "ELƏ BİR ZAMAN GƏLƏCƏK Kİ, DİRHƏM VƏ DİNARINIZI QOYACAQ BİR YER TAPA BİLMƏYƏCƏKSİNİZ.  -YƏNİ HZ. MEHDİ (Ə.S.)ın ZÜHURUNDAN SONRA ALLAHın VƏ HZ. MEHDİ (Ə.S.)ın FƏZLİ VƏ LÜTFÜ SAYƏSİNDƏ XALQ ELƏ QANİ (ZƏNGİN) OLACAQ Kİ, PULLARINI XƏRCLƏMƏYƏ YER BELƏ TAPA BİLMƏYƏCƏK."

 (Şeyx Məhəmməd b. İbrahimi Numani, Geybətil Numani, s. 170)         

HZ. MEHDİ (Ə.S) HEYVANLARI ÇOX SEVƏCƏK VƏ ONLARIN HALINI ANLAYACAQ

O (HZ. MEHDİ (Ə.S.)), DOĞRULANMIŞ, QUŞLAR VƏ BÜTÜN HEYVANLARIN DİLLƏRİNİ BİLƏN BİRİDİR. 

 

 (Məhəmməd B. Rəsul Əl Hüseyn Əl Bərzənci, Qiyamət Əlamətləri, s. 188)