Axırzaman və MEHDİ (əs)

Hz. Mehdi (ə.s.) ın mənəvi xüsusiyyətləri


Hz. Mehdi (ə.s.) ın mənəvi xüsusiyyətləri

Onun dövründə ümmətin həm yaxşıları və həm də pisləri MİSLİ BƏRABƏRİ ƏSLA GÖRÜLMƏMİŞ ŞƏKİLDƏ  NEMƏTLƏRƏ SAHİB OLACAQ. Çox yağış yağmasına baxmayaraq, bir damlası belə hədər getməyəcək, torpaq bircə ədəd belə toxum istəmədən məhsuldar və bərəkətli olacaq.

  (əl-Kavlu'l Müxtəsər Fi Əlamət-il Mehdiyy-il Muntazar, s. 21)      

 

 

…Abd-i Heyrdən: Əmirəl möminin Əli bin Əbi Talib əleyhissalamın belə buyurduğunu eşitdim: "Rəsulullah (sallallahu əleyhi və alih) mənə belə buyurdu:   ... (HZ. MEHDİ) Yer üzü zülm və cəfa ilə dolanda çıxacaq və onu haqq-ədalətlə dolduracaq. TEZ-TEZ İNSANLARDAN ONUN (HZ. MEHDİnin) YANINA GƏLƏNLƏR OLACAQ VƏ ONUN YANINDA ÇOXLU MAL OLACAQ VƏ GƏLƏN DEYƏCƏK Kİ: EY HZ. MEHDİ! MƏNƏ BU MALDAN LÜTF ET. DEYƏCƏK Kİ: İSTƏDİYİN QƏDƏR NEMƏT LÜTF ETDİM." 
 (Şeyx Məhəmməd b.İbrahimi Numani, Geybətil Numani s. 97-98)          

 

Hz. Mehdinin (ə.s.) zühur və qiyamında ...HAMI EHTİYACI OLAN ŞEYİ, HEÇ BİR MANEÇİLİK OLMADAN BAŞQA BİRİSİNİN CİBİNDƏN GÖTÜRƏ BİLƏCƏK.  
 (əl-İxtisas (Şeyx Müfid), s. 24)        

 

Hz. Mehdinin (ə.s.) zamanında MÖMİNLƏR, BİR-BİRLƏRİNƏ MÜNASİBƏTDƏ MƏNFƏƏT GÜDMƏYƏCƏKLƏR.  
 (Vesail'üş Şiə, Ticarət babları)         

 

HZ. MEHDİ (ə.s.), BAŞQALARININ İSTƏYİNİ YERİNƏ YETİRƏCƏK, ONLARA MAL-MÜLK BƏXŞ EDƏCƏK.   Öz dövlətinin idarəçilərinə və məmurlarına çox sərt davranaraq dəqiq və məsuluiyyətli olacaq.   GÜCSÜZLƏRƏ VƏ KASIBLARA ŞƏFQƏTLƏ VƏ MEHRİBAN DAVRANACAQ.  
 (əl-Mehdiyy-il Mev'ud..., c. 1, s. 276-277)  

 

"HZ. MEHDİ (ə.s.) ÖZ DÖVLƏTİNİN İDARƏÇİLƏRİNƏ SƏRT DAVRANACAQ, MİSKİNLƏRƏ QARŞI ŞƏFQƏTLİ VƏ YOXSULLARA QARŞI ÇOX COMƏRD OLACAQ. Hz. Mehdinin (ə.s.) əlaməti budur."  
(əl-Mehdiyy-il Mev'ud..., c. 1, s. 276-277)   

 

HZ. MEHDİ (ə.s.), KASIBLARA QARŞI ELƏ DAVRANACAQ Kİ, öz əliylə onların ağzına yağ və bal qoyacaq.
  (əl-Mehdiyy-il Mev'ud..., c. 1, s. 297)         

 

HZ. MEHDİ (ə.s.), HƏR HAQQ SAHİBİNİN HAQQINI ÖZÜNƏ VERƏCƏK, hətta əgər birinin haqqı başqasının dişləri arasında belə olsa, haqsızlıq edən və qəsbkar (zorla alan) insanın dişləri arasından onu çıxaracaq və haqq sahibinə qaytaracaq.
  (əl-Mehdiyy-il Mev'ud..., c. 1, s. 279-282-283)      

 

YER ÜZÜNDƏ ONun (HZ. MEHDİnin) ƏDALƏT VƏ LÜTFKARLIQ BƏRƏKƏTİNDƏN FAYDALANMAYAN BİR YER QALMAYACAQ, hətta heyvanlar və bitkilər belə bu bərəkət, ədalət, düzgünlük və xeyirxahlıqdan faydalanacaq.  
 (Bihar'ül Ənvar, c. 10. Bu barədə çox və məşhur hədislər mövcuddur)   

 

HZ. MEHDİnin (ə.s.) ZAMANINDA HƏR KƏS ZƏNGİN VƏ EHTİYACSIZ OLACAQ.
  Bihar'ül Ənvar, c. 51, s. 146)          

 

ALƏMİN BÜTÜN SƏRVƏTİ HZ. MEHDİnin (ə.s.) YANINDA TOPLANACAQ; (yerin altında və üstündə olan bütün zənginliklər) Daha sonra Hz. Mehdi (ə.s.), insanlara lütf edəcək və "Gəlin, alın bunları." deyəcək.  Daha sonra ONLARI, O GÜNƏ QƏDƏR GÖRÜLMƏMİŞ BİR BƏXŞİŞLƏ HƏR KƏSƏ PAYLAYACAQ.
 (İlel1'üş Şerayi (Şeyx Saduk)   (Bihar'ül Ənvar, c. 51, s. 29)        

 

HZ. MEHDİnin (ə.s.) ZAMANINDA TARLALAR ÇOX MƏHSUL VERƏCƏK, HAMI HZ. MEHDİnin (ə.s.) YANINA GƏLİB "MƏNƏ SƏRVƏT, MAL LÜTF ET" DEYƏCƏK. HZ. MEHDİ (ə.s.) DƏ DƏRHAL "LÜTF ETDİM" DEYƏ BUYURACAQ.
(Keşf'ül Gumme (İrbili). Kifayet'üt Talib (Kenci Şafii). Bihar'ül Ənvar, c. 51, s. 88)          

 

HZ. MEHDİ (ə.s.), MALLARI HAMININ ARASINDA BƏRABƏR ŞƏKİLDƏ BÖLƏCƏK.   
(Qərbin Günəşi, on üçüncü fəsil)