Yaradılış DƏLİLƏRİ

Yaquar kəllə sümüyü


Yaquar kəllə sümüyü

Yaş: 87 milyon il

Dövr: Təbaşir
Tapıldığı yer: Şan Donq, Çin

Məlumat:

Darvinin insanlarla meymunların ortaq əcdaddan gəldiyini iddia etdiyi tezisi ilk dəfə irəli sürüldüyü dövrdə də, sonrakı dövrlərdə də elmi tapıntılarla dəstəklənməyib. O zamandan bəri təqribən 150 ildir ki, insanın təkamülü nağılını dəstəkləmək üçün göstərilən bütün cəhdlər nəticəsiz qalıb. Əldə edilən fosillər meymunların həmişə meymun, insanların da həmişə insan kimi mövcud olduğunu, meymunların insanlara çevrilmədiyini və meymunla insanın ortaq əcdada malik olmadığını sübut edib. Fosil qeydlərinin ümidlərini puç etdiyinə və heç bir dəlil tapmadıqlarına görə təkamülçülər reallığı əks etdirməyən kəllə sümüklərini təkrar-təkrar sıralayır, saxtalığı çoxdan ifşa edilmiş fosillər üzərində fərziyyələr uydururlar. Ancaq şəkildəki 87 milyon illik yaquar kəllə sümüyü fosili kimi fosillər onların uydurmalarını əsassız edir. Heç bir canlının kəllə sümüyündə on milyon illər ərzində ən kiçik dəyişiklik belə olmadığı kimi, meymunlarda və insanlarda da olmamışdır.