Peyğəmbərlər

Həzrəti Həsənin (ə.s.) həyatı bütün müsəlmanlar üçün nümunədir


Həzrəti Həsənin (ə.s.) həyatı bütün müsəlmanlar üçün nümunədir

Əhli-beytdən olan hz.Həsən (ə.s.) Peyğəmbərimizin (s.ə.v.) nəvəsi, hz. Əlinin (ə.s.) oğludur. Peyğəmbərin (s.ə.v.) qızı hz.Fatimə onu hicrətin 3-cü ilində Mədinədə dünyaya gətirib. Hz.Muhəmməd (s.ə.v.) onun qulağına azan oxuyub və adını Həsən qoyub.

Hz. Həsən (ə.s.) uşaqlıqdan Rəsulullaha (s.ə.v.) beyət etmişdi. Onun mükəmməl tərbiyəsi ilə böyümüşdü.

Səkkiz yaşında olarkən əvvəl babası hz. Muhəmməd (s.ə.v.), sonra da anası hz. Fatimə vəfat edir.Bundan sonra, atasıhz. Əlinin (ə.s.) tərbiyəsi ilə böyüyür.

Hz. Həsən (ə.s.) ağ və gözəl simalı insan idi, daha çox  Peyğəmbərimizə (s.ə.v.) bənzəyirdi.

Hz. Həsən (ə.s.) Allah sevgisi ilə dolu, həlim xasiyyətli, təmkinli, sülhpərvər, mərhəmətli və səbirli idi. Malını Allah yolunda xərcləyər və bol sədəqə verərdi. Hz. Həsən (ə.s.) iyirmi beş dəfə piyada həccə getmişdi. On beş oğul və səkkiz qız övladı vardı. Həyat yoldaşlarının hamısı hz. Həsəni (ə.s.) çox sevirdilər. Hz. Həsən (ə.s.) hz. Hüseynlə (ə.s.) birlikdə Peyğəmbərimizin (s.ə.v.) nəslini indiyədək davam etdirən iki mübarək şəxsiyyətdən biridir.

Peyğəmbərimizin (s.ə.v.) hz. Həsənə (ə.s.) olan sevgisi və şəfqəti

Peyğəmbərimiz hz. Həsəni (ə.s.) çox sevərdi, ona qarşı şəfqətlə davranırdı. Bir çox səhabə Peyğəmbərimizin (s.ə.v.) nəvələrini necə sevdiyini, onlarla necə maraqlandığını və oyunlar oynadığını qələmə almışlar.

Rəsulullah (s.ə.v.) hz. Həsəni (ə.s.) çox sevərdi, onunla zarafatlaşar, qucağına alıb öpərdi, mübarək saqqalı ilə oynamasına icazə verərdi. Hz. Zeydin (ə.s.) oğlu Üsamə (ə.s.) Peyğəmbərimizlə (s.ə.v.) əlaqədar bunları demişdir:

 "Rəsulullah bir dizinə məni, o bir dizinə də nəvəsi Həsəni oturdar, sonra ikimizi birdən bağrına basar və: “Ya Rəbbi, bunlara rəhm et. Çünki mən bunlara qarşı mərhəmətliyəm”, -deyə dua edərdi". (Kütüb-iSitte, MuhtasarıTercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s.508)

Peyğəmbərimiz (s.ə.v.) namaz qılarkən hz. Həsən gələr, səcdəyə qapanan Rasulullahın (s.ə.v.) kürəyinə, boynuna çıxardı. Rəsulullah (s.ə.v.) da hz. Həsənə olan sevgisindən və mərhəmətindən ötrü onun yıxılıb əzilməsinin qarşısını almaq üçün səcdədən yavaş-yavaş qalxardı. Rəsulullah (s.ə.v.): "Dünyadakı iki reyhanım", -dediyi nəvələri Həsən və Hüseyni tez-tez yanına çağırar, onları iyləyər və bağrına basardı.

"Günəşi itirən aya müraciət etsin. Onu da itirsə, ulduza müraciət etsin".Əshabi-kiram bu hədisin izahını istəyəndə, Rəsulullah (s.ə.v.) bunu belə açıqladı: "GÜNƏŞ MƏNƏM. AY ƏLİdir. Fatimədə ulduzdur. ŞİMAL QÜTBÜNƏ YAXIN OLAN O İKİ ULDUZ İSƏ HƏSƏNLƏ HÜSEYNdir".(Tam İlmihâl Se’âdet-I Ebediyye sh-1011)

"Həsən və Hüseyni sevən, məni sevər, onlara kin duyan da mənə qarşı kin duymuş olar".(Ahmed b. Hanbel, Müsned, II, 288).

Hz. Həsənin (ə.s.) xəlifəlik dövrü

Hz. Həsən (ə.s.) atası hz. Əlinin (ə.s.) şəhid olmasından sonra 661-ci ildə xəlifə oldu. Ona 40 min insane beyət etdi. Lakin Misir və Şam əhalisi Müaviyəyə beyət etmişdi. Xilafətin yeddinci ayında Bağdadın yaxınlığında iki tərəf bir-birinə qarşı döyüşə hazırlaşarkən, müsəlmanların qanının tökülməməsi üçün hz. Həsən (ə.s.) xilafəti Müaviyəyə verdi. Bu vəziyyət, eyni zamanda, Peyğəmbərimizin (s.ə.v.) bir möcüzəsini də göstərirdi. Çünki hz. Həsən kiçik ikən Rəsulullah (s.ə.v.) Ona işarə edərək: "Bu oğlum seyiddir. Ümid edirəmki, Allah-Təala onun vasitəsilə iki tərəfi barışdırar", -deyə buyurmuşdu. Hz. Həsənin (ə.s.) xilafətdən çəkilməsilə müsəlman qanı tökülmədi, sülh və əmin-amanlıq təmin edildi. Beləliklə, Rəsulullahın (s.ə.v.) hz. Həsənlə (ə.s.) əlaqədar söylədiyi bu söz həyata keçdi.

Hz. Mehdi (ə.s.) hz. Həsənin (ə.s.) soyundandır

Peyğəmbərimiz (s.ə.v.) hədislərində müsəlmanların hz. Mehdini (ə.s.) tanımaları üçün onun əlamətlərini bildirmişdir. Bunlardan biridə hz. Mehdinin (ə.s.) hz. Həsənin (ə.s.) soyundan olmasıdır.

"HZ. MEHDİ FATİMƏNİN ÖVLADLARINDANDIR VƏ HƏSƏNİN soyundandır".(Ebu Davud, Hz. Mehdi, 1)

Təmman "Fevaid" adlı əsərində və İbni Əsakir Abdullah bin Əmrdən rəvayət etdilər. Buyurduki: HƏSƏNin ÖVLADINDAN BİRİ (HZ. MEHDİ) şərq tərəfdən çıxacaq, əgər dağlar ONA qarşı gəlsə belə, onları əzəcək və özünə o dağlarda yollar açacaq.  (Ali Bin Hüsamettin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler – Ahir Zaman Hz. Mehdi’sinin Alametleri, s. 22)

Rəsulullah (s.ə.v.) hz.Mehdi (ə.s.) və hz. Həsəni (ə.s.) cənnətlə müjdələmişdir.

Hakim, İbni Macəvə Əbu Naimhz. Ənəsdən rəvayət etdilər. Mən Rəsulullahdan (s.ə.v.) eşitdim. Belə buyurdu: Biz Əbdülmüttəlibin övladından yeddi insane cənnətin əfəndiləriyik. Mən, Həmzə, Əli, Cəfər, HƏSƏN, Hüseyn və HZ. MEHDİ. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 19)

Hz. Həsən (ə.s.) 10 il davam edən imamlıq dövrünü müxtəlif təzyiqlər altında keçirmişdi. Hətta evində belə təhlükəsizliyi yox idi və hicrətin 50-ci ilində zəhərlənərək şəhid edildi.