Quran möcüzələrİ

Atom enerjisi və nüvə parçalanması


Atom enerjisi və nüvə parçalanması

«Şübhəsiz ki, toxumu da, çərdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allah`dır. Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiniz?» (Ənam surəsi, 95)

«Ənam» surəsinin 95-ci ayəsində «toxum» (əlhabbi) və «çərdək» (ənnəva) ifadələri ilə atomun yarılması, bölünməsi ilə bağlı bir vəziyyətə işarə edilə bilər. «Ənnəva» kəlməsinin lüğəvi mənaları arasında «çəyirdək, mərkəz, atom çəyirdəyi» də qeyd edilir. Ayədə bildirilən dirinin ölüdən çıxarılması isə Allah`ın ölü enerjidən maddəni yaratması şəklində izah oluna bilər. Ölünün diridən çıxması da, atom hərəkətli olduğu üçün, maddədən (diridən) enerjinin (ölünün) çıxması şəklində ola bilər (ən doğrusunu Allah bilir). Çünki diri kimi tərcümə edilən «əlməyyiti» ifadəsinin də cansız mənada işlənməsi ilə enerjinin ifadə edilməsi ehtimal olunur.

Enerji alimlər tərəfindən iş görmək tutumu şəklində ifadə edilir. Maddə isə Yer üzündə və kainatın daxilində nəsnələri meydana gətirən materiyadır və elektron mikroskopu altında görülə bilən hərəkətdə olan atom və molekullardan ibarətdir. Albert Eynşteyn XX əsrin əvvəllərində enerji və maddənin bir-biri ilə atom səviyyəsində bağlı olduğunu ortaya qoyaraq, maddənin enerjiyə çevrilməsinin mümkün ola biləcəyini bildirmişdir.218 Bu vəziyyət yuxarıda tərif etdiyimiz kimi, diridən ölünün çıxması, yəni atom səviyyəsində hərəkətli maddədən enerjinin əldə edilməsi ola bilər. Həmçinin «çıxarır» kimi tərcümə edilən «yuxricu» kəlməsi «çölə çıxarmaq, saçmaq, kənara tərəf çıxarmaq, yaymaq (məsələn, elektrik dalğalarını)» mənalarına gəlir. Dolayısilə, ayədə qeyd edilən kəlmələr atomdan əldə edilən enerji şəklini tərif edə bilər (ən doğrusunu Allah bilir).

Məlum olduğu kimi, hazırda atomun nüvəsi yarılaraq hissələrə ayrıla bilir. Eynşteynin nəzəriyyələrinə istinad edən alimlər 1940-cı illərdə nüvə parçalanması metodu ilə maddədən enerji əldə etməyə nail olmuşdular. Atomların bölünməsi və ya yarılması ilə həyata keçirilən bu əməliyyata «nüvə parçalanması» deyilir. «Ənam» surəsinin 95-ci ayəsində «faliku» kəlməsi ilə ifadə edilən «yarmaq» feili də parçalanmaq kəlməsinin lüğətdəki mənası olan (atom nüvəsini) yarıb ayırmaq əməliyyatının tərifi ola bilər. Bu əməliyyat həyata keçiriləndə həddən artıq çox miqdarda enerji ayrılır.

«Ənam» surəsinin 95-ci ayəsində kəlmələr daşıdığı məna etibarilə çox hikmətlidir. Bu ayədə tərif edilən hadisələr atom enerjisinin əldə edilməsi forması olan atom nüvəsinin bölünməsi reaksiyasına çox oxşayır. Dolayısilə, bu ayədə XX əsrin texnologiyası ilə mümkün olan nüvə parçalanma üsuluna işarə edilə bilər (ən doğrusunu Allah bilir).