Quran möcüzələrİ

Dənizlərin bir – birinə qarışmaması


Dənizlərin bir – birinə qarışmaması

Dənizlərin tədqiqatçılar tərəfindən çox yaxın keçmişdə aşkarlanan bir xüsusiyyəti Quranın "Rəhman" surəsində belə açıqlanır:

"İki dənizi O qovuşdurdu. Amma onların arasında maneə vardır, bir-birinə qarışmazlar". ("Rəhman" surəsi, 55/19-20)

Bir-birinə qovuşan, amma suları bir-birinə qətiyyən qarışmayan dənizlərin Quran ayəsində 14 əsr əvvəl bildirilən bu xüsusiyyəti okeanoloqlar tərəfindən bir müddət əvvəl kəşf edilib. Sübuta yetirilib ki, qonşu dənizlərin suları bir-birinə "səth daralması" adı verilən fiziki bir qüvvə ucbatından qarışmır. Dəniz sularının fərqli sıxlıqlarından qaynaqlanan səth daralması hadisəsi suların bir-birinə qarışmasına, adətən, bir divar kimi mane olur.

Əlbəttə ki, işin əsl möcüzəvi tərəfi insanların nə fizikadan, nə səthin daralması anlayışından, nə də okeanoqrafiya elmindən xəbərdar olmadığı bir dövrdə bu həqiqətin Quranda bildirilməsidir.