Quran möcüzələrİ

Alov olmayan yanma


Alov olmayan yanma

"Allah göylərin və yerin nurudur. Onun nuru içində çıraq olan bir taxçaya bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından yandırılır. (O, elə bir ağacdır ki,) onun yağı özünə od toxunmasa da sanki işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!" ("Nur" surəsi, 24/35)

"Nur" surəsindəki bu ayədə işıq verən bir nəsnədən bəhs edilir. İşıq verən cisim isə bir ulduza oxşadılır. Ayədə ulduza oxşadılan işıqverən nəsnənin enerjisinin şərqə və qərbə aid olmaması isə bu cismin fiziki ölçülərdə olmamasına bir işarə ola bilər. Bu nəsnənin mənbəyinin enerji ölçüsündə olması nəzərdə tutularsa, adı ayədə çəkilən enerjinin elektrik enerjisinə, işıqsaçan cismin də elektrik ampulasına işarə etməsi ehtimal oluna bilər.

Ampula ayədəki təriflərə çox uyğun gələn, şüşənin içində ulduz kimi parıldayan və işıq saçan bir cisimdir. Ampula qəndil, qaz lampası və digər oxşar işıqsaçan cisimlər kimi yağla yandırılmır və ampulada, ayədəki təriflərə uyğun olaraq alov olmadığı halda da bir yanma gerçəkləşir. Ampulanın içindəki hərarətə müqavimət göstərən tunqsten siminin atomları arasındakı titrəyiş nəticəsində 2000 dərəcədən çox hərarət yaranır. Başqa metalları əridən bu istilik o qədər yüksəkdir ki, o, adi gözlə görünən güclü bir işığın ortaya çıxmasına səbəb olur.

Ancaq bu yüksək istiliyə baxmayaraq, ampulanın içində oksigen olmadığı üçün ayədəki ifadələrə uyğun olaraq, orada yanğın olmaz. Bundan başqa, ampulanın ortasında parıldayan sim də parıldayan bir ulduzun uzaqdan görünməsinə çox oxşayır.

Elektrikin dünya tarixinin ən böyük kəşflərindən biri olması, dünyanın demək olar ki, hər tərəfinin elektrik enerjisi ilə işləyən ampulalar vasitəsi ilə işıqlandırılması nəzərə alınsa, onda Quran ayəsinin məhz bu mühüm kəşfə işarə etməsi mülahizəsi əsas götürülə bilər (ən doğrusunu Allah bilir).

Bu məsələ ilə bağlı başqa bir izah da ulduzlardakı nüvə reaksiyalar nəticəsində meydana gələn işığı düşünməkdir. Ulduzlar nüvə reaksiyalarından meydana gəlmiş çox böyük miqdarda istilik və işıq saçan, son dərəcə isti, parlaq, hərəki qaz kütlələridir. Yeni meydana gələn ulduzların əksəriyyəti öz cazibə qüvvələri ilə büzülməyə başlayırlar. Bunun nəticəsində onların mərkəzi daha qalın və daha isti olur. Ulduzların mərkəzindəki maddə kifayət qədər isinəndə - ən azı 7 000 000 Kelvin olanda - isə nüvə reaksiyaları başlayır. Bir ulduzun daxilində baş verən hadisə hidrogenin nəhəng enerji ilə (fuzyonla) heliuma çevrilməsidir. Kütlənin böyüklüyündən ulduzlarda meydana gələn cazibə qüvvəsi 4 hidrogen atomunu bir helium atomunu meydana gətirmək həddinədək aktivləşdirib hərəkətləndirir. Bu zaman meydana gələn enerji işıq və istilik halında kütlənin səthindən kənara yayılır və bu reaksiyalar ulduzun kütləsindəki bütün helium qurtarana qədər davam edir.

Ancaq ulduzlardakı reaksiyalarda oksigen istifadə edilmədiyi üçün burada yanan odunda olduğu kimi, adi bir yanğın baş verməz. Ulduzlarda nəhəng alovlar şəklində müşahidə olunan yanğın da, əslində, atəşdən meydana gələ bilməz. Həmçinin ayədə də bu cür yanğının baş verməsinə işarə edilir. Bundan əlavə, ayədə bir ulduzdan, onun enerjisindən və alov olmayan bir yanğından - yəni reaksiyadan - bəhs edildiyini nəzərə alsaq, ayənin ulduzlardakı işığın meydana gəlməsinə və yanğının şəklinə işarə etdiyini düşünmək olar (ən doğrusunu Allah bilir).