Quran möcüzələrİ

Alın yazısı (tale, qismət, qədər) həqiqəti


Alın yazısı (tale, qismət, qədər) həqiqəti

«Allah istəməsə, siz istəyə bilməzsiniz. Həqiqətən, Allah biləndir, hökm və hikmət sahibidir!» (İnsan surəsi, 30)

ABŞ-ın Kaliforniya Universitetinin neyrofizioloqlarından olan professor Benjamin Libet 1973-cü ildə apardığı təcrübələr nəticəsində bütün qərar və seçimlərimizin əvvəlcədən müəyyənləşdirildiyini, şüurun isə hər şey baş verib qurtarandan yarım saniyə sonra hərəkətə gəldiyini ortaya qoydu. Başqa neyrofizioloqlar da bu halı həmişə keçmişdə yaşadığımız və şüurumuzun bütün baş verənləri yarım saniyədən sonra göstərən bir monitor kimi olduğu şəklində şərh edir.

Dolayısilə, dərk etdiyimiz təcrübələrin heç biri həqiqi zamanda deyil, lakin gerçək hadisələrdən yarım saniyə qədər gecikir. B.Libet öz tədqiqatlarını beyin əməliyyatlarının narkoz verilməmişdən, yəni xəstənin şüuru tamamilə yerində ikən aparıla bilməsindən faydalanaraq həyata keçirmişdi. B.Libet üzərində təcrübə apardığı adamların beynini aşağı səviyyəli elektrik cərəyanı ilə xəbərdar edərək əllərinə toxunulduğu dərki meydana gətirərkən, həmin adamlar bu «toxunuşu» haradasa yarım saniyə əvvəl hiss etdiklərini söyləyirdi. B.Libet apardığı ölçmələrin köməyi ilə belə bir nəticəyə gəlmişdi: «Adi halda bütün dərklər beyinə çatdırılır. Burada şüuraltında dəyərləndirilib şərh edilərkən mən(lik) heç bir şeyin fərqində deyil. Zehnimizdə canlanan, yəni fərqinə vara bildiyimiz məlumatlar isə xeyli uzun bir gecikmədən sonra kortesə - şüurun olduğu bölgəyə göndərilir».

Ortaya çıxan nəticəni belə xülasə etmək olar: bir əzələ hərəkətini həyata keçirmək qərarı həmin qərarın şüuruna varmazdan əvvəl gerçəkləşir. Həmişə nevroloji, ya da idraki bir müddətlə bizim onu təmsil edən düşüncənin, hissin, idrakın, ya da hərəkətin şüurunda olmağımız arasında bir gecikmə var. Başqa sözlə, biz ancaq bir qərar zatən alınandan sonra həmin qərarın şüurunda ola bilərik.

Professor B.Libetin təcrübələrində bu gecikmə 350 milli saniyə ilə 500 milli saniyə arasında dəyişir, lakin ortaya çıxan nəticə bu rəqəmlərdəki dəqiqliklə bağlı deyil. Çünki B.Libetə görə, bu gecikmə olduğu müddətdə - nə qədər böyük, ya da kiçik olmasından asılı olmayaraq, bir saat, ya da mikrosaniyə olması nəzərə alınmadan - bizim maddi olan bu anı yaşamağımız həmişə keçmişdədir. Bu isə hər fikrin, hissin, idrakın, ya da hərəkətin biz bunu qavramadan əvvəl gerçəkləşdiyini göstərir ki, bu da gələcəyin tamamilə bizim nəzarətimizdən kənarda olduğunu sübut edir.

Professor B.Libet başqa təcrübələrində barmaqlarını nə vaxt hərəkət etdirəcəklərini seçməyi üzərində təcrübə apardığı adamların öz öhdəsinə buraxmışdı. Barmaqlarını hərəkət etdirmək anı beyinlərindən izlənən adamların bu qərarı verməzdən əvvəl əlaqəli beyin hüceyrələrinin fəaliyyətə keçdiyi görülüb. Başqa sözlə, insana «et» əmri gəlir, hərəkəti etmək üzrə beyin hazırlanır; adam isə ancaq 0,5 saniyə sonra bunun şüuruna varır. Bu, bir hərəkəti etməyə qərar verib sonra etmək deyil, özü üçün əvvəlcədən müəyyən edilən hərəkətləri etmək mənasına gəlir. Lakin beyin müəyyən bir zaman tənzimləməsi apararaq insanın, əslində, keçmişdə yaşadığı hissini aradan qaldırır. Dolayısilə, «bu an» deyəndə keçmişdə müəyyən edilmiş bir hadisəni yaşayırıq. Göründüyü kimi, bu çalışmalar «İnsan» surəsinin 30-cu ayəsində bildirildiyi kimi, hər şeyin Allah`ın istəməsi ilə gerçəkləşdiyini təsdiq edir (Ətraflı məlumat üçün baxın: Harun Yəhya, «Zamansızlıq və tale həqiqəti»).