Quran möcüzələrİ

Günəşin doğmasındakı və batmasındakı müxtəlif məsələlər


Günəşin doğmasındakı və batmasındakı müxtəlif məsələlər

 

"Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, biz, həqiqətən, qadirik". (Məaric surəsi, 40)

"O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin də Rəbbi Odur". (Saffat surəsi, 5)

"İki məşriqin və iki məğribin Rəbbi Odur". (Rəhman surəsi, 17)

Bu ayələrdən də göründüyü kimi, "şərq" və "qərb" kəlmələri Quranda cəm halında işlədilmişdir. Məsələn, yuxarıdakı ilk ayədə "məşariq" kəlməsi şərq üçün, "məğarib" kəlməsi də qərb üçün ikidən çox olduqlarını ifadə edən cəm şəklindədir. Axırıncı ayədə isə "məşriqeyn" iki şərq, "məğribeyn" iki qərb şəklində işlədilmişdir.

Ayələrdə işlədilən "məşariq" və "məğarib" kəlmələri Günəşin doğduğu və batdığı yer mənalarına da gəlir. Dolayısilə, yuxarıdakı ayələrdə Günəşin çıxmasının və batmasının müxtəlif yönlərindən bəhs edilir. Bundan başqa, ilk ayədə şərqlərin və qərblərin Rəbbi olaraq and içilməsi də çox diqqətəlayiq bir məsələdir.

Bəlli olduğu kimi, Yerin fırlanma oxunun öz orbitindəki hərəkəti 230 27-lik mailliyə malikdir. Həm bu mailliyə görə, həm də dünya ellips şəklində olduğu üçün Günəş şüaları Yer kürəsinə həmişə eyni bucaq altında düşmür. Buna görə də Günəş şərqdə müxtəlif nöqtələrdə çıxır, qərbdə də müxtəlif nöqtələrdə batır. Yuxarıdakı ayələrdə şərq və qərblə bağlı qeyd edilən ifadələr Günəşin müxtəlif istiqamətlərdən çıxmasına və fərqli yerlərdə batmasına işarə etməsi baxımından çox hikmətlidir (ən doğrusunu Allah bilir).